İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Mikro sahibkarlar üzrə vergi güzəşti ləğv edilir - 20 FAİZ VERGİ ÖDƏNİLƏCƏK
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinə istinadən xəbər verir
İndiyədək ölkə ərazisində 95.907 ədəd yeni nəsil NKA quraşdırılıb. Belə kassa aparatlarından istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
2024-cü ilin yanvar ayı ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 1,7 milyard manatdan artıq olub ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 174,6 min manatdan, yaxud 11,2 faizdən çoxdur.