Hazırda qiymətləndirmə fəaliyyəti çox geniş məqsədlər üçün – əmlakın vergitutma bazasının müəyyənləşdirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, əmlakın girov qoyulması, əmlakın sığorta olunması, investisiya qoyuluşları, hüquqi şəxslərin yaradılması və yenidən təşkili (ləğvi, ayrılması, birləşməsi), habelə məhkəmələrdə əmlak mübahisələri zamanı aparılır.
Müflis elan olunmuş bank mülkiyyətində olan torpaq sahələrinə görə - Torpaq Vergisi Ödəməlidirmi?
FED.az xəbər verir ki, mövzunu “Business Service Centre” şirkətinin maliyyə və mühasibatlıq işləri üzrə layihə rəhbəri Nahid İbrahim şərh edir.
Beynəlxalq və milli qiymətləndirmə standartlarının tələblərinə uyğun olaraq, qiymətləndirmənin əsas üç yanaşmasına üstünlük verilir:
-
Xərc metodu - aşınması nəzərə alınmaqla qiymətləndirmə obyektinin əvəz olunması və yaxud bərpası üçün zəruri olan cari xərclərin müəyyən edilməsinə əsaslanan;
-
Uyğun satışların müqayisəsi metodu - sövdələşmə qiymətləri məlum olan analoji obyektlə qiymətləndirmə obyektinin müqayisəsinə əsaslanaraq qiymətləndirmə obyektinin dəyəri;
-
Gəlirin kapitallaşdırılması metodu - qiymətləndirmə obyektindən gözlənilən gəlirin müəyyən edilməsinə əsaslanan qiymətləndirmə obyektinin dəyəri.
Qiymətləndirmə fəaliyyəti mühasibat uçotu standartlarında və vergi uçotunda da öz əksini tapır. Onu da qeyd etmək istəyərdim ki, əsas vəsaitlərin yenidən qiymətləndirilməsi nəticəsində yaranan gəlir və xərclər müəssisənin vergi məqsədləri üçün mənfəətin hesablanması zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 104.5 -ci maddəsinə əsasən, əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) mənfəət vergisinin vergitutma obyekti sayılmır.
Əmlakın hansı məqsəd üçün qiymətləndirilməsi tərəflər (qiymətləndirici və sifarişçi) arasında əmlak qiymətləndirilməsi üzrə bağlanacaq müqavilədə müəyyənləşdirilməlidir. Çünki qiymətləndirmə fəaliyyətinin məqsədi qiymətləndirmənin yanaşma və metodlarının, dəyər növlərinin seçilməsi üçün əsas olur.
Qiymətləndirmə fəaliyyətini aparan şəxslər qiymətləndiricilər adlanır ki, onlar əmlakın qiymətləndirilməsi (dəyərin müəyyən edilməsi) və müvafiq hesabatların tərtib edilməsi ilə bağlı olan mütəxəssislərdir. Qiymətləndiricilər təhsil, xüsusi hazırlıq, səlahiyyət və peşəkar biliklərin üzə çıxarılması nöqteyi-nəzərindən ciddi tələblərə uyğun olmalıdırlar. Onlar, eyni zamanda, yüksək etik normalara və peşəkar fəaliyyət standartlarına əməl etməli, habelə Ümumi Qiymətləndirmə Prinsiplərinə riayət etməlidirlər.
Azərbaycan Respublikasının qanunlarında başqa hal nəzərdə tutulmayıbsa, qiymətləndirmə keçirilməsi ilə bağlı xərclər, o cümlədən ekspertin əməyi qanunvericiliyə uyğun olaraq qarşılıqlı razılaşma əsasında ödənilir. (Vergilər.az)