“X bank” ASC tərəfindən məhkəməyə təqdim edilmiş iflas haqqında iddia ərizəsinə əsasən, 15.01.2023-cü il tarixdə məhkəmə tərəfindən müflis elan olunma barədə qərar qəbul edilərək qüvvəyə minib. Bankın mülkiyyətində olan torpaq sahələrinə 2023-cü il üzrə torpaq vergisi öhdəliyi varmı?
Vergi güzəştləri investisiya qiymətli kağızları üzrə ödənilən dividend gəlirlərinə aiddirmi?
FED.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, kredit təşkilatları məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müflis elan olunduğu halda, kredit təşkilatının müflis elan olunması ilə bağlı məhkəmə qərarının qüvvəyə mindiyi ildən etibarən torpaq vergisini ödəməkdən azaddırlar.
Qeyd olunanlara əsasən, ASC 2023-cü il üzrə torpaq vergisini ödəməkdən azaddır.
Əsas: Vergi Məcəlləsinin 207.9-cu maddəsi.