Ölkədə bəzi bəzi bələdiyyələr xüsusi mülkiyyəti təsdiq edən sənədi olmayan fərdi evlərin sakinlərinə müraciət edərək onlardan əmlak və torpaq vergisinin ödənilməsini tələb edirlər.
Müflis elan olunmuş bank mülkiyyətində olan torpaq sahələrinə görə - Torpaq Vergisi Ödəməlidirmi?
FED.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyir ki, bu vəsaitlər əsasən bələdiyyə torpaqlarında yerləşən əmlaklar üçün tələb olunur.
“Bu yalnız əmlak versigi ilə əlaqədardır.”
Ekspertin sözlərinə görə, əmlak vergisi yalnız mülkiyyəti təsdiq edən sənədi olan əmlaklar üçün tətbiq edilir. Belə hallarla üzləşən vətəndaşlar yerli bələdiyyələrə müraciət edərək Vergi Məcəlləsinin müvafiq maddəsinə istinad edə bilərlər.
Sənədi olmayan həyətyanı sahələr üçün bələdiyyələr tərəfindən torpaq vergisinin toplanılmasına gəldikdə, qanunvericiliyə görə, fiziki şəxslərin və müəssisələrin Azərbaycan ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır.
Vətəndaşın evinin mülkiyyəti təsdiq edən sənədi olmaya bilər, amma həmin torpaq onun istifadəsindədirsə, torpaq vergisi ödənilməlidir. (Xezerxeber.az)