Vergi uçotuna alınmadan restoran fəaliyyəti ilə məşğul olan fiziki şəxsə qanunvericiliyə əsasən hər hansı cərimə və ya maliyyə sanksiyası tətbiq edilirmi?
Azərbaycanda bloger və infulenserlərdən vergi tutulacaq - YENİLİK, RƏSMİ
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinin müddəalarına əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Əsas: Vergi Məcəlləsinin 33.4-cü və 58.2-ci maddələri












