2026-cı ilin yanvar-avqust aylarında yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alınmasına görə vətəndaşlara 23 milyon 206,73 min manat ƏDV geri qaytarılıb.
Azərbaycanda bloger və infulenserlərdən vergi tutulacaq - YENİLİK, RƏSMİ
FED.az xəbər verir ki, vəsait “ƏDV geri al” layihəsi çərçivəsində müvəkkil banklar tərəfindən fiziki şəxslərə ödənilib.
Qaytarılma bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilən ƏDV-nin bir hissəsini əhatə edir.












