SOCAR Downstream Management
NÖC və avtomatika üzrə çilingər
Son tarix 01 sen 2022 - [email protected]
Texniki tələblər:
- Sahədəki nəzarət ölçü cihazlarında profilaktik və düzəldici təmirlərin aparılması
- Nəzarət ölçü cihazlarında texniki baxış işlərini müəyyən bir prosedura və spesifikasiyalara uyğun olaraq aparılması
- SAP sisteminə təmir ilə əlaqəli məlumatların yenilənməsinə və qeyd edilməsinə dəstəyin təmin olunması
- Tələb olunan qaydada rutin təhlükəsizlik testlərininin və sahə avadanlıqlarında yoxlamaların aparılması
- Müxtəlif axın, səviyyə, təzyiq və temperatur ötürücülərini və bunlarla əlaqəli idarəetmə klapanların sınanması, kalibrasiya edilməsi və çıxa biləcək problemlərin həll edilməsi
- Sahədəki işlərin "İşə icazə sənədi" sistemi altında aparılması və sözügedən sistem haqqında kifayət qədər məlumatının olması
- Sahədəki anbar inventarından tələb olunan ehtiyat hissələrinin müəyyənləşdirilməsi və əldə edilməsi
- Sazlama və İşlətmə qrupuna texniki dəstəyin verilməsi.
İş üzrə ümumi tələblər:
- Petrokimya, neft və qaz və digər ağır sənaye sahələrində 5 il iş təcrübəsi
- Baxım və təmir işlərinin yerinə yetirilməsi, qurğu və avadanlıqlara xidmət sahəsi üzrə təcrübə
- Təhlükəsizlik qanunvericiliyi və qaydalarını bilmək
- Layihənin istismara verilməsi (Commissioning) təcrübəsi arzuolunandır
- Layihənin istismara hazırlıq (Start-Up) təcrübəsi arzuolunandır
Müraciət üçün uyğun namizədlərdən CV-lərini, “mövzu” hissəsində vakansiyanın adını yazmaqla elektron ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 31.08.2022
Qeyd: Yalnız vakansiyanın ilkin tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.