Veysəloğlu MMC
Direktor köməkçisi
Son tarix 15 apr 2024 [email protected]
Funksiya: Rəhbərlik
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Vəzifə funksiyaları:
- Şirkətin müəyyənləşdirdiyi korporativ yazışma etikası əsasında rəsmi yazışmaların aparılması;
- Rəhbərin iş qrafikinə uyğun iş planının hazırlanması (görüşlər, zənglər, qəbullar və s.);
- Rəhbərin texniki fəaliyyətinin təchiz edilməsi (nəqliyyat sifarişi, bilet sifarişi, görüşlərin təşkili və s.);
- İclasların təşkil edilməsi, hesabatların hazırlanması və direktora təqdim olunması;
- Rəhbərin gündəliyinin hazırlanması.
Vəzifə tələbləri:
- Ali təhsil (Biznes münasibətləri, Təşkilati İnkişaf və ya əlaqəli sahədə bakalavr və ya magistr dərəcəsi üstünlük təşkil edir);
- Yüksək səviyyədə təqdimat bacarığı;
- MS Office (Word, Excel, Outlook) proqramlarından istifadə etmək bacarığı (xüsusilə Excel biliyi yüksək olanlara üstünlük verilir);
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- Azərbaycan dili səlis rus və ingilis dilləri yüksək səviyyədə;
- İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti.
Təklifimiz:
- Şirkətimiz Sizi peşəkar komanda və mehriban mühitdə təlim-inkişaf proqramlarından yararlanaraq şəxsi inkişaf və faydalı karyera üçün əla fürsətlər əldə etməyə çağırır.
Əmək haqqı: 1500 AZN net;
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
Müraciət qaydası: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Direktor köməkçisi” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Aparıcı Biznes Analitik
Son tarix 15 apr 2024 [email protected]
Funksiya: Rəqəmsallaşdırma, transformasiya və layihələr direktorluğu/Biznes Analitika şöbəsi
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
İşin təsviri: Biznes hesabatların hazırlanması və analiz olunması
İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
Təhsil: Ali təhsil
Vəzifə öhdəlikləri:
- Biznes strukturları üçün müxtəlif növ hesabatların hazırlanması:
- Məlumat bazalarından əldə edilən datanın təmizlənməsi, keyfiyyətinin, dəqiqliyinin və ardıcıllığının təmin edilməsi, strukturlaşdırılması və vizuallaşdırılaraq, mütəmadi hesabatların təqdim edilməsi;
- Təkmilləşdirilməsinə ehtiyac olan hesabatların müəyyən edilməsi və araşdırılaraq nəticə barəsində məlumatların təqdim olunması və hesabatların avtomatlaşdırılması;
- Biznes strukturlarının tələblərinə uyğun dataların toplanması, təhlil və layihə menecmenti ilə analitik dəstəyin göstərilməsi;
- Datanın şərh edilməsi, statistik metodlardan istifadə edərək nəticələrinin təhlil edilməsi və davamlı hesabatların təqdim olunması;
- Biznes proseslərinin izlənilməsi, təhlil edilməsi və təkmilləşdirilməsi;
- Biznes tərəfdaşları ilə əməkdaşlıq edərək trendlərin müəyyən edilməsi və performansın davamlı olaraq inkişaf etdirilməsi;
Tələblər:
- Məntiqi və analitik düşünmə qabiliyyəti;
- MS Office proqramların biliyi (MS Excel, Power BI yüksək səviyyədə);
- Sahə üzrə beynəlxalq sertifikata malik olması üstünlükdür (PL-300, MOSE)
- SQL bilikləri (Oracle SQL arzuolunandır);
- SAP roqramından istifadə təcrübəsi arzuolunandır;
- İngilis və rus dilləri arzuolunandır;
- Komandada işləmək bacarığı;
- Problemləri həll etmək bacarığı;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Biznes Analizi üzrə aparıcı mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Satış Əməliyyatları üzrə Kiçik Mütəxəssis
Son tarix 15 apr 2024 [email protected]
Funksiya: Rəqəmsallaşdırma, transformasiya və layihələr direktorluğu/Satış Əməliyyatları və Monitorinq şöbəsi
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
Təhsil: Ali iqtisadi təhsil
Vəzifənin qısa təsviri:
Müştərilərin və satış personalın sistemdə bağlantılarının qurulması, təmsilçilərin rut günlərinin təyini və qurulması, satış təmsilçilərinin SD və FI yetkilərinin verilməsi, email vasitəsilə göndərilmiş problemlərin həll edilməsi.
Vəzifə öhdəlikləri:
- Satış personalının struktur bağlantıları
- Müştəri məlumatlarının daxil edilməsi
- Rutların qurulması
Tələblər:
- Məntiqi və analitik düşünmə qabiliyyəti;
- MS Office proqramları biliyi (xüsusilə MS Excel biliyi);
- Komandada işləmək bacarığı;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində Satış əməliyyatları üzrə kiçik mütəxəssis qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.