Unibank
Mühasib (və ya Aparıcı Mühasib)
Son tarix 04 okt 2022 - Müraciət et
Təsvir:
- Mühasibat uçotu üzrə ilkin sənədləşmənin təşkili;
- Vergi və mühasibat uçotunun aparılması;
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi.;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.
- BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək.
Tələblər:
- Ali iqtisadi təhsil;
- Mükəmməl mühasibatlıq biliyi;
- Analoji sahədə 1 il iş təcrübəsi; (Bank sektorunda çalışanlara üstünlük verilir)
- AR Vergi qanunvericiliyi və Banklar haqqında qanun üzrə biliklər;
- Mükəmməl Microsoft Office (Excell-yüksək səviyyədə) proqramların biliyi;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
Verilənlər Bazasının Administratoru - Database Administrator (Postgresql, Mongodb)
Son tarix 02 okt 2022 - Müraciət et
Təsvir:
- Yeni verilənlər bazasını yaratmaq;
- Əsas baza obyektlərini (table, cluster, sequence, packages, procedures və.s) idarə etmək;
- İstehsal qabiliyyətinin monitorinqini, optimallaşdırılmasını və tuninqini həyata keçirmək;
- İstifadə olunan məlumat bazalarını və alətləri yükləmək və ya cari versiyanı yeniləmək;
- Proqramlar arasında baza resurslarının optimal bölgüsünü təşkil etmək;
- Resurslardan daha çox istifadə edən prosesləri/obyektləri müəyyən edib optimallaşdırmaq;
- Verilənlər bazasının ehtiyat surətini planlaşdırılmış qaydada çıxarmaq;
- Verilənlər bazasını ehtiyat bazadan bərpa etmək;
- Standby(Replika) bazalarda məlumatları aktual vəziyyətdə saxlamaq;
- Məlumat bazalarında yaranan xətaları təsbit etmək, bu bildirişlərin avtomatık göndərilməsini təmin etmək;
- Mövcud və yeni təhlükəsizlik tədbirlərini öyrənmək və tətbiq etmək;
- Mümkün təhlükəsizlik riskləri barədə rəhbərə məlumat vermək;
- Verilənlər bazası obyektlərinin dəyişdirilməsinin analiz edilməsinə kömək etmək;
- Test, təlim və digər məqsədlər üçün yeni bazalar yaratmaq;
- Tətbiq olunan proqramların performasını artırmaq məqsədi ilə SQL sorğuların optimallaşdırılması, indekslərin istifadəsi və bölümləmə işlərini həyata keçirmək;
- Verilənlər bazası və yardımçı alətlərin, proqramların işində yaranan nasazlıqları aradan qaldırmaq;
- Bankın cari işinin və lahiyələrini nəzərə alaraq verilənlər bazasının həcmini daim aktual tələblərə cavab verməsini təmin etmək;
- Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərtilə, fəaliyyətini mövcud Əsasnaməyə, bankdaxili prosedur və qaydalara, AR-nın bu sahədə mövcud qüvvədə olan qanunvericiliyinə uyğun həyata keçirmək;
- Rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi;
- Postgresql və/ və ya Mongodb bazalarında iş təcrübəsi olması arzuolunandır;
- Kollektivlə ünsiyyət qurmaq bacarığı;
- Yeniliklərə açıq, daim özünü inkişaf etdirən biri olmalı;
- Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
- SQL və shell scripting biliyi mütləqdir;