Steel Pro
Xarici satınalmalar üzrə mütəxəssis
Son tarix 14 mar 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Cəmiyyətin Satınalma proseduruna riayət etmək;
- Beynəlxalq tərəfdaşlarla yazışmalar aparmaq (bütün qitələr üzrə təchizatçılar);
- Ölkə xaricindən satın alınan malların sifarişlərinin yerləşdirilməsi, yüklənməsi və ölkəyə çatdırılmasını təmin etmək;
- Təchizatçılarla layihə şərtləri, müddətləri və müqavilə şərtlərini aydınlaşdırmaq;
- Təchizatçılarla mövcud müqavilələri nəzərdən keçirmək;
- Təchizatçılarla müqavilələrin tərtibi, ödənişlərin icrasının izlənilməsi;
- Xarici bazar qiymətlərinin müqayisəli təhlilini aparmaq;
- Sərfəli şərtləri təmin etmək üçün təchizatçılar və satıcılarla danışıqlar aparmaq, qiymət və spesifikasiyalar üzrə təklifləri müqayisə etmək;
- Müqavilə imzalanması üçün müvafiq sənədlərin hazırlanmasına nəzarət etmək və müvafiq şöbəyə təqdim etmək;
- Etibarlı satıcı və təchizatçılar bazasının yaradılmasında iştirak etmək;
- Malların satın alınması üçün müqavilələrin hazırlanması və icrasında iştirak etmək;
- Sorğuya əsasən tələb olunan mal-materialları analiz etmək və xarici bazarlardan məhsul tapmaq;
- Satınalma, logistika, idxal proseslərində iştirak etmək;
- Məhsul ödənişlərinin və məhsulun anbara daxil olmasının nəzarətini izləmək;
- Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Namizədə dair arzu olunan bilik və bacarıqlar:
- Müvafiq sahə üzrə ali təhsil
- Magistr təhsili arzuolunandır
- Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi
- Yaxşı təşkilatçılıq və vaxtın idarə edilməsi bacarıqları;
- Verilən məlumatları təhlil etmək və düzgün nəticələr çıxarmaq bacarığı;
- Analitik düşünmə və qərar qəbul etmə bacarığı;
- Fikirlərini aydın şəkildə yazılı və şifahi ifadə etmək bacarığı, həmkarlarla və müştərilərlə yaxşı münasibətlər qurma bacarığı;
- Gündəlik işlərdə qarşılaşılan məsələlərin sürətli və effektiv şəkildə həlli;
- Microsoft Office proqramları (Word, Excel, PowerPoint, Outlook və s.) ilə işləmə bacarığı;
- Azərbaycan və Rus dillərində yüksək səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı mütləqdir;
- CRM proqram təminatında işləmə bacarığı;
- Komanda mühitində işləmək bacarığı və istəyi;
- Xanım namizədlərə üstünlük verilir;
Əlavə məlumat:
- İş vaxtı:Həftədə 6 gün 10:00-dan 18:00-dək; ( Bazar günü istirahət
- İstirahət günləri: Bazar günləri (Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
- Vakansiya növü: Tam ştat
- Əməkhaqqı: 800-1200 AZN
Maraqlanan namizədlər CV-lərini elektron poçt ünvanına göndərə bilərlər.