Sophie Couture
Əməliyyatlar üzrə mütəxəssis
Son tarix 10 dek 2025 - [email protected]
“Sophie Couture” MMC komandamıza Əməliyyatlar üzrə mütəxəssis axtarır!
Biz məsuliyyətli, çevik və təşkilatçılıq bacarıqlarına malik Əməliyyatlar üzrə mütəxəssis axtarırıq.
Əgər siz planlaşdırma və koordinasiya işlərini sevirsinizsə, proseslərin düzgün və səmərəli şəkildə aparılmasına önəm verirsinizsə və dinamik moda komandasının bir hissəsi olmaq istəyirsinizsə - sizi komandamızda görməkdən məmnun olarıq!
Vəzifə öhdəlikləri:
- Bütün əməliyyatların (Bank, Kassa, Alış, Satış, Əmək haqqı, Əsas vəsaitlərin uçotu və s.) 1C 8.3 sisteminə daxil edilməsi
- DHL beynəlxalq yükdaşıma şirkəti vasitəsilə müştərilərə çatdırılmanın təmin edilməsi
- Aylıq inventarizasiyada iştirak və müvafiq sənədləşmənin aparılması
- Anbar qalıqlarının uzlaşdırılması və malların hərəkəti barədə hesabatların hazırlanması
- Kreditor və debitorlar üzrə üzləşmələrin aparılması
- Hesab-fakturalardakı qiymətlərin Razılaşma Protokoluna əsasən yoxlanılması
- Ofis üzrə kargüzarlıq və sənədləşmə proseslərinə nəzarət
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi
Tələblər:
- 1C (8.3 UT) proqram təminatında bilik və təcrübə
- Rus və ya ingilis dili biliyinin olması üstünlükdür.
- MS Office, xüsusilə Excel üzrə yaxşı biliklər
- Diqqətli, məsuliyyətli və öyrənməyə açıq olmaq
- Komanda ilə işləmək bacarığı
İş şəraiti:
- Rəsmi əmək müqaviləsi;
- 5 günlük iş rejimi (09:00–18:00);
- Rahat və dinamik iş mühiti, inkişaf perspektivləri;
- Korporativ nömrə: şirkət tərəfindən təmin edilir
- Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək (başlanğıc səviyyə 800 AZN, inkişaf və artım perspektivi ilə)
- Sınaq müddəti: 3 ay
CV-nizi (və varsa, portfolionuzu) Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “Əməliyyatlar üzrə mütəxəssis” yazmaqla göndərin.













