Sinteks Şirkətlər qrupuna hal hazırda 1C Tərtibatçı tələb olunur.
Vəzifənin rolu:
Bu vəzifənin rolu 1C sistemini mütəmadi olaraq tərtib/inkişaf elətdirmək və fasiləsiz fəaliyyətini təşkil etməkdir.
Vəzifə öhdəlikləri:
• 1C sistemində yeni avtomatlaşdırılmış həllər və modullar hazırlayır
• 1C sistemində mövcud avtomatlaşdırılmış həlləri əlaqələndirir və izləyir
• 1C sistemində yeni həllərin təkmilləşdirilməsi üçün şərtləri və xərcləri qiymətləndirir
• 1C sisteminin istifadəsi ilə bağlı problem yarandıqda həll edir
Əsas tələblər:
Təhsil:
• İT, Riyaziyyat, Kibernetika və ya müvafiq sahədə Ali təhsil
• 1C sertifikatı və ya müvafiq sertifikatlar arzuolunandır
Təcrübə:
• 1C Tərtibatçısı kimi ən az 3 il iş təcrübəsi
Professional biliklər:
• 1C Platformasının dilini və standart mexanizmini bilmək
• Mühasibat və əmək haqqı üzrə əsas biliklər arzuolunandır
Professional bacarıqlar və kompetensiyalar:
• Problem həll etmə
• Analitik düşüncə
• Ünsiyyət bacarıqları
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “1C Tərtibatçı” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.