Rich Pharma
Layihə Rəhbəri (Ağız Baxımı Məhsulları üzrə)
Son tarix 27 avq 2026 - [email protected]
Şirkətimiz ağız baxımı məhsulları (diş məcunu, diş fırçası, qarqara və gel) sahəsində fəaliyyət göstərir və bu istiqamətdə layihələrin idarə olunması üçün peşəkar və nəticəyönümlü Layihə Rəhbəri axtarır.
Vəzifə haqqında:
- Layihələrin planlanması, icrası və komandanın koordinasiyasına cavabdeh olacaq, məhsullar üzrə satış və inkişaf hədəflərinə nail olunmasını təmin edəcək.
Əsas vəzifə öhdəlikləri:
- Məhsulları üzrə layihələrin planlanması və icrasına nəzarət
- Komandanın idarə olunması və tapşırıqların bölüşdürülməsi
- Satış nöqtələri və partnyorlarla danışıqların aparılması
- Kampaniya və promo aksiyaların təşkili
- Məhsulların bazarda düzgün yerləşdirilməsinin təmin edilməsi
- Hesabatların hazırlanması
Namizədə tələblər:
- 2-5 il uyğun iş təcrübəsi (FMCG sahəsi üstünlükdür)
- Komanda idarəçiliyi və liderlik bacarığı
- Güclü ünsiyyət və danışıqlar qabiliyyəti
- Analitik düşüncə və təşkilatçılıq
- MS Office bilikləri
- Rus dili – yaxşı, İngilis dili – üstünlükdür
- KPI (Performans göstəriciləri):
- Məhsulları üzrə satış planının yerinə yetirilməsi
- Məhsulların satış nöqtələrində yerləşdirilməsi və görünürlüyü
- Yeni satış nöqtələrinin artırılması
- Kampaniyaların effektivliyi
- Stokların düzgün idarə olunması
İş şəraiti və təklif:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00
- Əməkhaqqı: 2000 AZN +
- Bonus: Aylıq satış hədəfi (KPI) yerinə yetirildiyi halda əlavə bonus
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
















