Rabitabank OJSC
Portfelə nəzarət və monitorinq şöbəsinin Aparıcı mütəxəssisi
Son tarix 12 mar 2024 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikasının Mərkəzi bankının müvafiq qayda və təlimatları bilmək və onlara riayət etmək;
 - Qayda və protokol əsasında gündəlik verilən kreditlərə nəzarət etmək və verilən kreditlər üzrə kənarlaşmalar aşkarlandığı zaman müvafiq prosedurlara əsasən məlumat vermək;
 - Planlı və növbədən kənar kreditlərinin monitorinqini həyata keçirmək və monitorinqlərin nəticəsi olaraq məlumatları vermək;
 - Filialdaxili Kredit Komitələrinin fəaliyyətini qiymətləndirmək;
 - Kredit portfeli təhlil etmək, nəzarət etmək, kredit rikslərinin müəyyən edilməsində iştirak etmək;
 - Kredit məhsullarının yaradılmasında iştirak etmək və tövsiyyələri vermək.
 
Tələblər:
- Ali iqtisadi təhsil;
 - Müvafiq sahədə azı 3-4 il iş təcrübəsinin olması; (xüsusi ilə biznes kredit sahəsində)
 - Analitik düşüncəyə malik olmaq;
 - İdarəetmə, nəzarət etmə və təşkilatçılıq qabiliyyətinin olması;
 - Komandada işləmək bacarığının olması;
 - Operativ və düzgün qərar vermək bacarığının olması;
 - Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət göstəricilərə malik olması;
 - Təşəbbüskarlıq və yeni ideyalara malik olması.
 - Excel proqramı üzrə biliklərin olması;
 - Data base-lərlə işləmə bacarığı.
 
Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinə Ekspert
Son tarix 12 mar 2024 Müraciət et
Vəzifə öhdəlikləri:
- Rəqəmsal xidmətlərin inkişaf trendlərinin izlənilməsi və bazar araşdırmaların aparılması;
 - Özünün çalışdığı müvafiq sahəyə aid olan Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərini, eləcə də Bankdaxili normativ sənədləri (qayda, təlimatlar, siyəsətlər və s.) bilmək və onlara riayət etmək;
 - Rəqəmsal məhsullar (İnternet Bankçılıq, Mobil Bankçılıq, Bot və.s) üzrə yeniliklərlə bağlı texniki şərtlər hazırlamaq, habelə bankda mövcud olanları inkişaf etdirmək və təkmilləşdirmək;
 - Rəqəmsal xidmət kanallarını müəyyən etmək və satış sisteminin təkmilləşdirilməsi üzrə işləri apararaq müvafiq təkliflər vermək;
 - Rəqəmsal məhsulların təkmilləşdirilməsi, onların effektivliyinin artırılması və həyata keçirilməsi üçün zəruri tədbirlər görmək, müştəri xidməti və digər satış strukturları ilə bu istiqamətdə birgə fəaliyyəti qurmaq;
 - Bazar araşdırması nəticəsində əldə olunan məlumatlar əsasında rəqəmsal məhsul və xidmətlərin yaxşılaşdırılması istiqamətində zəruri işləri görmək;
 
Tələblər:
- Ali təhsil;
 - Bank sektorunda /oxşar sahədə ən azı 2 il iş təcrübəsi;
 - Digər strukturlarla yüksək ünsiyyət və əməkdaşlıq qabiliyyəti;
 - Analitik düşüncə, texniki tapşırıqların strukturlaşdırılmış qaydada yazılması qabiliyyəti;
 - Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
 - Yüksək kommunikasiya, təqdimetmə və yazılı ünsiyyət qabiliyyəti;
 - Təşəbbüskarlıq, yaradıcıllıq və innovasiyalara meyillilik;
 - Öyrənməyə və şəxsi inkişafa meyillilik;
 - Azərbaycan, Rus və İngilis dili üzrə biliklər.
 
Biznes Kreditlərinin Təhlili Şöbəsinin baş mütəxəssisi \ eksperti
Son tarix 12 mar 2024 Müraciət et
Vəzifə öhdəlikləri:
- Müştəri Xidməti Strukturları tərəfindən Şöbəyə daxil olmuş Biznes Kredit sifarişlərinin minimum sənədlər toplusuna uyğunluğunu yoxlamaq;
 - Kreditin və risklərin qiymətləndirməsi üçün müştəridən tələb olunan sənədlərin satış strukturlarından almaq;
 - Təqdim edilmiş maliyyə hesabatlatlarının düzgünlüyünü yoxlamaq;
 - Mərkəzi Bankın və bankdaxili qaydalardan irəli gələn prosedur və normaların pozulmasına yol verməmək;
 - Struktur rəhbər(lər)i tərəfindən qarşısına qoyulmuş, vəzifə təlimatından irəli gələn və digər tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək;
 - Müştəri Xidməti Strukturları tərəfindən Şöbəyə daxil olmuş biznes kredit layihələrinin təhlili zamanı aşkarlanan nöqsan və çatışmazlıqlar barədə struktur rəhbər(lər)ini yazılı və ya şifahi məlumatlandırmaq.
 
Tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə olunması üzrə olması arzuolunandır);
 - Maliyyə hesabatlarını (balans, mənfəət-zərər, nağd pulun hərəkəti) mükəmməl şəkildə bilmək;
 - “ACCA F3/F7” və ya “CFA 1 level” sertifikasiyalarına sahib olması arzuolunandır;
 - Biznes prosesləri və riskləri görmə bacarığı;
 - Sahə üzrə ən azı 5 illik iş təcrübəsi;
 - Analitik düşüncə, yüksək idarəetmə və təşkilatçılıq qabiliyyəti;
 - Yüksək təhliletmə, komandada işləmək bacarığı;
 - Yüksək kommunikasıya və təqdim etmə bacarığı;
 - Operativ və obyektiv qərar vermək bacarığı;
 - Stress altında işləmək, parallel olaraq bir neçə layihənin təhlilini həyata keçirmək bacarığı;
 - Təşəbbüskarlıq, diqqətlilik, məsuliyyət və düzgünlük bacarığı.
 


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







