SQS Consulting
Baş mühasib
Son tarix 11 okt 2023 - [email protected]
Öhdəliklər:
- Maliyyə-təssərüfat fəaliyyətinin mühasibat uçotunu, müəssisədə təsdiq olunmuş uçot siyasətinə və hesabatların aparılması qaydalarına müvafiq təşkil edir;
- Mühasibat uçotunda müəssisədaxili əməliyyatların qeydi və hesabda əks olunmasını təmin edir;
- Müəssisəyə ziyan dəymə, maliyyə, vergi, təsərrüfat qanunvericiliklərinin pozma hallarının qarşısının alınmasına dair tədbirlər görür;
- Müəyyən edilmiş qaydada mühasibat sənədlərinin bütövlüyünü, tərtibatını və arxivə təhvil verilməsini təmin edir;
- Mühasibat uçotuna aid yeni sənədlərin işlənib hazırlanması, cari sənədlərin unifikasiyasını, uçot- hesablama işlərinin effektiv vasitələrinin yeridilməsi işlərinə rəhbərlik edir;
- Mühasibat, vergi uçotu və DSMF ilə bağlı əməliyyatları aparır;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin edir;
- Vergi orqanları ilə yazışmaları aparacaq, e-qaimələrin vaxtında və düzgün təqdim olunmasını təmin edir;
- Digər aktivlər, debitorlar, passivlər və kreditorlar hesablarının inventarizasiyasının təşkili və nəticələrinin mühasibat uçotunda əks etdirilməsi;
- Əsas vəsaitlərin uçotunun (həm vergi, həm də maliyyə) aparılması
- Əmək haqqının hesablanması, uçotunun aparılması proqram üzrə mühasibat yazılışlarının verilməsi
- Ödənilməmiş borclar müqabilində balansa götütülmüş əmlkaın, fərdi və icarəyə götürülmüş əsas vəsaitlərin, lizinqə qəbul edilmiş avadanlığın, qeyri-maddi aktivlərin, icarəyə verilmiş əmlakın uçotunun aparılması
- Bunkerdə saxlanılan qiymətlilərin mədaxil və məxaric əməliyytları üzrə balansarxası uçotun aparılması;
- Mərkəzi Bankdan və digər dövlət orqanlarından göndərilən sorğu və hesabatların hazırlanması
Tələblər:
- İqtisadi sahədə ali təhsil (Maliyyə, Mühasibat uçotu və oxşar fakültələr)
- Mühasibat və maliyyə sahəsində ən azı 3 il iş təcrübəsi olmalı;
- Dil bilikləri: Azərbaycan dilini səlis bilməli; Rus və ingilis dili bilikləri üstünlükdür;
- MS Office - Excel, 1C proqramları bacarığı;
- Əməliyyatların rəsmiləşdirmə qaydaları və uçot sahələri üzrə sənəd dövriyyəsinin təşkilini bilməli;
- Maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlili metodlarını, daxili təsərrüfat rezervlərinin üzə çıxarılmasını bilməli;
- Pul vəsaitlərin, əmtəə-material dəyərlilərin qəbulu, mədaxili, saxlanılması və xərclənməsi qaydalarını bilməli;
- Kreditor və debitorlarla hesablaşma qaydalarını bilməli;
- Analitik düşünmə qabiliyyəti, səmərəlilik və təşəbbüskarlık qabiliyyəti.
- “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq peşəkar mühasib sertifikatı olana üstünlük veriləcək
İş şərtlərimiz:
- Əmək haqqı: 1500-2000 AZN;
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:30-18:00.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Baş mühasib” yazaraq 01.11.2023- cü il tarixinədək e-mailə göndərilməsi xahiş olunur.
Əlaqə nömrəsi: 055 215 73 44.