Performance Center Co
Satış və Biznes inkişafı üzrə mütəxəssis
Son tarix 15 okt 2022 -[email protected]
Vəzifə öhdəlikləri:
- Korporativ satış planının təhlil risklərin müəyyən edilməsi;
- Əldə edilmiş nəticələrin təhlil olunaraq proqnozların verilməsi;
- Yerli bazarın monitorinqini, rəqiblərin qiymət və marketinq təkliflərini araşdırmaq;
- Bazar araşdırması kimi öhdəliklərin yerinə yetirilməsi;
- Müxtəlif istiqamətlərdə yeni partnyorların araşdırılması və danışıqların aparılması;
- Potensial müştəri və tender axtarışında iştirak etmək;
- Müştərilərlə sıx əlaqədə olmaq, borc öhdəlikləri barəsində məlumat vermək və portfeli mütəmadi izləmək;
- Müştəriləri və biznes mühitini təhlil etməklə xidmətlər üzrə təkliflərin hazırlanması;
- Şirkətin fəaliyyətini təhlil edib, hesabatların hazırlanması;
- Biznes tələblərinin müəyyənləşdirilməsi, planlaşdırılması və monitorinqi.
Namizədə qarşı tələblər:
- Ali təhsil(iqtisadiyyat və ya biznesin idarəedilməsi üzrə üstünlükdür);
- Yaş: 24-40
- Satış və biznes inkişafı sahəsində məlumatların toplanması, analizi sahəsində minimum 3 il iş təcrübəsi;
- İnformasiyanın təhlil, araşdırma, analiz və təqdimat bacarığının olması;
- Müşahidə, strateji və analitik düşünmə və problem həll etmə qabiliyyəti;
- Yüksək ünsiyyətqurma, komandada və fərdi şəkildə işləmək bacarığı;
- Azərbaycan dilində fikrini rahat ifadə etmə bacarığı (ingilis, rus dili biliyi olanlara üstünlükdür);
- Şirkətin satış həcminin artırılmasına dəstək;
- Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq, ünsiyyət qurma bacarığı olan namizədlər;
İş şərtləri:
- İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
- Əmək haqqı: 800-900₼
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini məktubun mövzu hissəsində “Satış və Biznes inkişafı üzrə mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.