Olivia Beauty & Care
Korporativ və topdan satış üzrə aparıcı mütəxəssis
Son tarix 02 apr 2023 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Korporativ və topdan satış ilə bağlı əlaqələrin qurulması üçün bazar araşdırılmalarının aparılması və yeni əməkdaşlıqların qurulması;
- Müştərilərin tələblərinə əsasən təklif paketlərinin hazırlanması və satışın həyata keçirilməsi;
- Korporativ və topdan satışla bağlı sənədləşmə işlərinin aparılması və arxivləşdirilməsi;
- Müştəri məmnuniyyəti ilə bağlı araşdırmaların aparılması və məmnuniyyətin qorunması üçün işlərin görülməsi;
- Ödəmələrin izlənilməsi, gecikən ödənişlər üzrə müştərilərə məlumatın verilməsi və ödənişlərin yığılması;
- Sifarişlərin çatdırılma prosesinin nəzarətdə saxlanılması;
- Dövrü hesabatların hazırlanıb struktur rəhbərinə təqdim edilməsi.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 3-5 il təcrübə;
- Kosmetika və özünə baxım sahələrində təcrübə;
- Səlis azərbaycan və rus dilləri biliyi, ingilis dili biliyi arzu olunandır;
- Kompüter bilikləri (MS Office);
- Müştəriyönümlülük, məsuliyyətlilik, dəqiqlik;
- Təqdim etmə bacarığı, ünsiyyət bacarığı;
- Startup təcrübəsi arzu olunandır;
- ERP sisteminin tətbiqində təcrübə arzu olunandır.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00;
- Əmək haqqı: 1200-1500 AZN + bonus
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.