Mirvana Group
Satış meneceri
Son tarix 03 may 2023 - [email protected]
İş barədə məlumat:
- Satış meneceri birbaşa direktora tabe olacaq
- Satış üzrə həftəlik, aylıq hesabatları direktora təqdim edəcək
- Aylıq, rüblük və illik satış planlamasının həyata keçirilməsində iştirak edəcək
- Satış performansının analizi (satış dinamikası, məhsul kateqoriyaları və s.)
- Bazarın araşdırılması, mövcud rəqabət mühitinin analizi
- Sektorda yer alan rəqib şirkətləri və onların məhsullarını analiz edə bilmək.
- Topdan və korporativ müştəri bazasının formalaşdırılması
- İşgüzar və korporativ danışıqların aparılması
Namizəd üçün tələblər:
- Korporativ idarəetmə prinsiplərini bilməli
- Yüksək səviyyədə təqdimat və müştəri etirazları ilə işləmək bacarıqları
- Yaxşı səviyyədə müştəri ehtiyaclarını üzə çıxartmaq bacarığı
- Satışla əlaqədar seminar və təlimlərdə iştirak etmək;
- Satış bacarığını və biliklərini daim inkişaf etdirmək;
- Tabeliyində olan kadrları idarə edə bilmə və bu kadrları öyrətmə bacarığı
- Ünsiyyət qabiliyyəti (şifahi və yazılı)
- Verilən tapşırıqları düzgün və vaxtında icra etmə qabiliyyəti
- Komanda ilə işləmə bacarığı
- MC ofis proqramlarında (Word, Excel, PowerPoint) müstəqil işləmə bacarığı
- Şirkətdaxili CRM proqramında işləmə bacarığı
- Azərbaycan dilində səlis danışıq qabiliyyəti (Rus dilini bilməsi üstünlükdür)
- Satış sahəsində iş təcrübəsi : 3 ildən az olmamaqla (mebel sahəsində 2 ildən az olmamaqla)
- Yaş həddi: 24-36
- Mebel sahəsində iş təcrübəsi və şəxsi avtomobili olan namizədlərə üstünlük veriləcək
İş rejimi:
- 6 günlük iş qrafiki (09:00-17:00)
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş yeri Xətai rayonu Babək prospektində yerləşir.
- Əmək haqqı:1000-1500 AZN (təcrübəyə əsasən) + satışdan bonus
Tələblərə uyğun gələn namizədlər CV-lərini satış meneceri başlığını qeyd etməklə mail ünvanına göndərə bilərlər. Yalnız tələblərə uyğun gələn namizədlər və satışı meneceri kimi iş təcrübəsi olanlar müraciət etsinlər (hazırda satıcı işləyənlər müraciət etməsin)