MER Group
Mağaza bölməsi üzrə Koordinator
Son tarix 26 avq 2024 - [email protected]
Tələblər:
- Ali təhsil;
- Mağaza sahəsi üzrə minimum 1-3 illik iş təcrübəsi;
- Azərbaycan dilini əla səviyyədə bilmək. Rus dili arzuolandır.
- Şifahi və yazılı olaraq yüksək ünsiyyət qurma bacarığı;
- Aktiv satış bacarığı;
- Yüksək inandırıcılıq qabiliyyətinə sahib olmaq;
- Problemləri effektiv şəkildə həll etmək;
- Dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
Öhdəliklər:
- Mağazalarda çalışan personalı idarə etmək: işçiləri təlimatlandırmaq və yönləndirmək, onları motivasiya etmək,
- gündəlik iş prosesinə və işçilərin davamiyyətinə nəzarət etmək;
- Mağazaya təyin edilən hədəfə çatmaq;
- Satışın effektiv həyata keçirilməsinin təmin edilməsi;
- Şirkətə məxsus əmlakın qorunmasını təmin etmək;
- Şirkətin xidmət səviyyəsinin və müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbir planı hazırlamaq;
- Satış analizlərini aparmaqla kateqoriya şöbəsinə dəstək vermək: satılan və satılmayan məhsulları araşdırmaq,
- mağaza tələblərini araşdırıb müəyyən etmək, işin təkmilləşməsi istiqamətində təkliflər vermək;
- Satışları artırmaq məqsədi ilə Marketinq tərəfindən həyata keçirilən layihələri dəstəkləmək və təkliflər vermək;
- Günlük və aylıq hesabatları hazırlayıb gərəkli şöbələrə yönəltmək;
- Mağaza daxilində satış və istifadə üçün olan maddi vəsaitlərə nəzarətin edilməsi.
- Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi üçün müvafiq
- struktur bölmələrinin məlumatlandırılması;
Digər məlumatlar:
- İş saatları: 09:00-dan 18:00-dək;
- 6 günlük iş qrafiki;
- Əmək haqqı 1000 Azn
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur.
Daxil olan müraciətlər dəyərləndiriləcək və yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.
Əlaqə nömrəsi: 051 929 55 11