Kapital Bank
Yerində Xidmət bölməsində kiçik mütəxəssis
Son tarix 12 noy 2022
Öhdəliklər:
- Bankla partnyor olan təşkilatlara vizitlərin edilməsi və potensial müştərilərlə görüşlərin təşkili;
- Potensial müştərilərə bank məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılmsı;
- Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi, rəsmiləşdirilməsi və ya Bankın filiallarına yönləndirilməsi;
- Bankın kredit və qeyri-kredit məhsullarını təbliğ etmək üçün müxtəlif mərkəzlərdəki məntəqələrdə fəaliyyət göstərilməsi;
- Bank məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi;
- Satış prosesi ilə bağlı müvafiq hesabatların aparılması və s.
Tələblər:
- Ali təhsil;
- Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);
- Microsoft Office proqramları üzrə biliklər;
- Müştərilərlə danışma və satış qabiliyyəti;
- Məsuliyyətlilik, dəqiqlik və operativlik;
- Təzyiq altında işləmə qabiliyyəti;
- Qərar qəbuletmə bacarığı;
- Kollektivdə işləmə bacarığı.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Korporativ hüquq şöbəsi üzrə "Bizdən Biri" təcrübə proqramı
Son tarix 12 noy 2022
Təcrübə sizə nələr qazandıracaq:
- Şirkətdaxili qaydalarla, prosedurlarla tanışlıq;
- Müxtəlif sahələr üzrə müqavilələrin hazırlanması, hüquqi ekspertizasının aparılması qaydası;
- Hüquqi mövzuda saysız müzakirələrdə iştirak etmə;
- Dövlət orqanları, publik hüquqi şəxslərə məktubların yazılması və s.
Bacarıqlar:
- Hüquq üzrə tam ali təhsil (hüquq təhsili üzrə IV kurs tələbələri də müraciət edə bilər);
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini bilənlərə üstünlük veriləcək);
- Kompyuter bilikləri.
Keyfiyyətlər:
- Bank hüququna marağı olan və bu sahədə karyera qurmağı düşünən;
- Məsuliyyətli və həvəsli;
- Yaradıcı yanaşma, yeni ideyalara malik olma və yeni ideyaları stimullaşdıra bilmə bacarığı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- Dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
İcra orqanları ilə iş şöbəsində Hüquqşünas
Son tarix 12 noy 2022
Öhdəliklər:
- Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək;
- Birbaşa rəhbəri, İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirmək;
- Kreditlər üzrə gecikmə müddətinə dair bankdaxili qaydaların tələbinə uyğun olaraq müəyyən edilmiş gündən artlıq gecikməsi olan problemli kreditlər üzrə borcalanlarla danışıqlar apararaq kreditlərin ödənilməsini təmin etmək;
- Problemli müştərilərin maliyyə vəziyyətindən asılı olaraq kreditin restrukturizasiyanın edilməsinə dair təkliflər vermək;
- İşlər üzrə birinci və apellyasiya instansiya məhkəmələrində bankı nümayəndə qismində təmsil etmək;
- Apellyasiya şikayətlərini və apellyasiya instansiyasında digər şikayət və ərizələri hazırlayıb aidiyyatı üzrə göndərmək və s.
Tələblər:
- Ali təhsil (ixtisas – hüquqşünas) ;
- İş təcrübəsi – 2 il;
- Ünsiyyətqurma bacarığı;
- Dəqiqlik;
- Təmkinlilik.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.