Daxili mühasibatlıq şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi
Son tarix 23 okt 2022 [email protected]
Öhdəliklər:
-
Baş ofis və filial işçilərinin əmək haqları üzrə bütün növ hesablaşmaların (əmək haqqı, ikiqat əmək haqqı, məzuniyyət, təhsil məzuniyyəti, mükafat, maddi yardım, hədiyyə və s.) uçotu;
-
Sənədləşmənin yoxlanılması və hesabatın hazırlanması, ezamiyyə hesabatlarınını, yoxlanılması, ödənilməsi, vergilərinin (gəlir vergisinin, sosial müdafiə fonduna ayırmalar) hesablanması və muxabirləşməsinin verilməsi;
-
Xəstəlik vərəqələrinin portala işlənməsi və ödənişinə nəzarət və şöbəyə aid digər işlər.
Tələblər:
-
Ali təhsil;
-
Sahə üzrə minimum 2 il iş təcrübəsinə malik olmaq;
-
Yüksək professional keyfiyyətlərə malik olmaq,
-
Vergi, əmək qanunvericiliyini bilmək,
-
Komandada işləmək, idarəçilik, təhlil etmə bacarığı
-
Məsuliyyətlilik və dəqiqlik;
-
İşgüzarlıq, təşəbbüskarlıq.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Xarici nəzarət şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi
Son tarix 23 okt 2022 [email protected]
Öhdəliklər:
-
Bankın həyata keçirtdiyi bankdaxili əməliyyatların aparılmasına nəzarət etmək və kənarlaşmalar haqqında rəhbərini vaxtında məlumatlandırmaq;
-
Kreditlər və depozitlər üzrə hesablanmış faizlərin yoxlanılması və fərqin aradan qaldırilması. Terminalların inkassasiyasına nəzarət, mənfi qalığa çıxan müştəri hesablarının bərpa edilməsi üçün müvafiq departamentləri məlumatlandırmaq və terminallar vasitəsi ilə aparılan əməliyyatlara nəzarət etmək;
-
Kredit və depozitlər üzrə bank hesabatlıq sistemindən portfellərin formalaşdırılması, portfel üzrə məlumatların balans hesabları ilə yoxlanılması, aşkarlanmış fərqlər barədə bankın müvafiq strukturlarının məlumatlandırılması və strukturlar tərəfindən fərqlərin və nöqsanların aradan qaldırılmasına nəzarət etmək;
-
Gündəlik olaraq tranzit hesablar üzrə qalıqların yoxlanılması, hər hansı bir uyğunsuzluq olduqda filial əməkdaşları ilə əlaqə saxlamaq və fərqi aradan qaldırmaq;
-
CMS kreditləri üzrə bank hesabatlıq sistemindən portfellərin formalaşdırılması, portfel üzrə məlumatların balans hesabaları ilə yoxlanılması, aşkarlanmış fərqlər barədə bankın müvafiq strukturlarının məlumatlandırılması və strukturlar tərəfindən fərqlərin və nöqsanların aradan qaldırılmasına nəzarət etmək.
Tələblər:
-
Ali iqtisadi təhsil;
-
Ən azı 1 illik iş təcrübənin olması;
-
Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması;
-
Dəqiqlik, detallara qarşı diqqətlilik;
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək (https://hr.kapitalbank.az/vac/detail?vacancyId=2103) və ya [email protected] mail ünvanına CV-nizi göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.
Arxiv şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi
Son tarix 23 okt 2022 [email protected]
Öhdəliklər:
-
Arxiv şöbəsinə Baş ofisdən və filiallardan təhvil verilməli olan qovluq və bağlamaların müvafiq prosedurun tələblərinə əsasən yoxlanılaraq təhvil – təslim aktı əsasənda qəbul edilməsi;
-
Qəbul edilmiş qovluq və bağlamaları uyğun xronoloji ardıcıllıq üzrə rəflərə yığılması;
-
Ehtiyac yarandıqda sənədlərin tarix və aidiyyəti üzrə qruplaşdırılması, qovluqlara yerləşdirilməsi və reyestrinin tərtib edilməsi;
-
Bəzi arxiv sənədlərinin elektron məlumat daşıyıcılarında (scan formada) əks etdirilməsi və sorğu verən struktur bölməyə və/və ya vəzifəli şəxsə elektron sistem vasitəsi ilə göndərilməsi;
-
Təhvil alınmış sənədlərin təhvil - təslim aktlarının elektron reystrinin təşkil edilməsi;
-
Saxlanma müddəti başa çatmış sənədlərin ayırılması və bu barədə müvafiq aktın tərtib edilməsi;
-
Rəhbər və ya digər səlahiyyətli şəxslərin tələbnaməsi ilə kağız formada saxlanılan sənədlərin müvəqqəti istifadə üçün sorğu edən şəxslərə təhvil verilməsinin təmin edilməsi və s.
Tələblər:
-
Ali təhsil;
-
Azərbaycan və Rus dillərində səlis danışıq və yazı;
-
Arxiv sahəsi üzrə minimum 1 il iş təcrübəsinə malik olmaq;
-
Tez öyrənmə bacarıqları, problemlərin həlli və həlli yollarını təklif etmək, detallara diqqət, dəqiqlik, təcili işlərə həssaslıq;
-
MS office proqramlarında işləmə bacarığı;
-
Yaradıcılılıq və təşəbbüskarlıq;
-
Özünütənqid və məsuliyyətlilik qabiliyyəti.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Şəbəkənin optimallaşdırılması və inkişafı şöbəsinə mütəxəssis/ aparıcı/baş mütəxəssis
Son tarix 23 okt 2022 [email protected]
Öhdəliklər:
-
Xidmət nöqtələrinin optimallaşdırılması və inkişafı üzrə layihələri hazırlayır, təsdiq olunmuş layihələrin icrasına nəzarət edir
-
Bankın strateji hədəflərinin icrası məqsədilə xidmət nöqtələrinin satış və xidmət üçün uyğun ərazidə yerləşməsini analiz edir və təmin edir.
-
Digər struktur bölmələr tərəfindən həyata keçirilən və xidmət nöqtələrinin işinin səmərəliliyini artırmaq yönümlü layihələrdə iştirak edir.
-
Xidmət nöqtələrinin açılması, bağlanması, relokasiyası, əsaslı təmiri, daxili quruluşun təyin edilməsi, optimal yerləşmə planının hazırlanmasını təşkil edir.
-
Xidmət nöqtələrinin zəruri hüquqi sənədlərlə lazımi qaydada təmin olunmasını təşkil edir.
-
Xidmət şəbəkəsində elekton növbəlilik sisteminin qurulması, yeni layihələrin tətbiq edilməsi və bununla bağlı digər işlərin görülməsini təşkil edir.
-
Xidmət nöqtələrində əsas vəsaitlər, istifadə olunan zəruri avadanlıqların təhlilinin aparılması ilə optimal sayların təyin edilməsini və yerləşmə planının hazırlanmasını təşkil edir.
-
Xidmət nöqtələrindən həlli şöbəyə aid müraciətlər üzrə təkliflər hazırlayır.
Tələblər:
-
Ali təhsil;
-
Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
-
MS Office proqramları üzrə biliklər (Excel bilikləri) ;
-
Maliyyə bilikləri (ACCA və s. üzrə sertifikatların olması arzuolunandır);
-
Bank sahəsində və ya analitika ilə bağlı digər sahədə iş təcrübəsi.
-
Dil bilikləri: ingilis dili –yaxşı, rus dili - arzuolunandır.
-
Gərgin iş qrafikində işləmək bacarığı.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək (https://hr.kapitalbank.az/vac/detail?vacancyId=2078) və ya [email protected] mail ünvanına CV-nizi göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.