Hajigabul Poultry Farm Company
Mühasib
Son tarix 27 apr 2023 - [email protected]
Vəzifə üzrə tələblər:
- Ali təhsil (Maliyyə, mühasibatlıq sahəsində olması arzuolunandır);
- Müvafiq sahədə 3-5 il iş təcrübəsi;
- Vergi məcəlləsi üzrə nəzəri və praktiki biliklər;
- Rəsmi və işgüzar danışıqlar və yazışmalar aparmaq bacarığı;
- Microsoft office programlarından (xüsusilə excel) sərbəst istifadə;
Vəzifə öhdəlikləri:
- Vergi, statistika və DSMF hesabatların hazırlanması;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsi;
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
İş şəraiti:
- 6 günlük iş rejimi
- Nahar şirkət tərəfindən təmin edilir
- Servis xidməti fəaliyyət göstərir
- Əmək haqqı müsahibə əsasında razılaşma yolu ilə müəyyən ediləcəkdir
Əlaqə nömrəsi: +994 51 233 29 07
Hajigabul Poultry Farm Company
İdxalat və ixracat əməliyyatları üzrə menecer
Son tarix 27 apr 2023 [email protected]
Vəzifə üzrə tələblər:
- Ali təhsil (İqtisadiyyat sahəsində olması arzuolunandır);
- Müvafiq sahədə 3-5 il iş təcrübəsi;
- Rəsmi və işgüzar danışıqlar və yazışmalar aparmaq bacarığı;
- Microsoft office programlarından sərbəst istifadə;
Vəzifə öhdəlikləri:
- Təchizatçılarla əlaqələrin qurulması;
- Məhsulların çatdırılmasının təşkil edilməsi;
- Gömrük rəsmiləşdirilməsi üçün lazım olan sənədlərin hazırlanması;
- Gələcək məhsullar barədə məsul şəxslərin məlumatlandırılması;
- Hesab fakturaların mühasibatlıq şöbəsinə vaxtında təqdim edilməsi;
İş şəraiti:
- 6 günlük iş rejimi
- Nahar şirkət tərəfindən təmin edilir
Əmək haqqı müsahibə əsasında razılaşma yolu ilə müəyyən ediləcəkdir
Əlaqə nömrəsi: +994 51 233 29 07
Hajigabul Poultry Farm Company
Laborant
Son tarix 27 apr 2023 [email protected]
Vəzifə üzrə tələblər:
- Ali təhsil (Kimya, biologiya)
- Laboratoriya avadanlıqları və onlardan istifadə qaydalarını bilməlidir
- Laboratoriya analizlərinin həyata keçirilməsinin metod və üsullarını bilməlidir
- Microsoft office programlarından sərbəst istifadə bacarığı
- Müvafiq sahədə minimum 6 ay iş təcrübəsi
Vəzifə öhdəlikləri:
- Gündəlik laboratoriya analizlərinin aparılması
- Laboratoriyanın gündəlik temperaturunun və rütubətliliyinin ölçülməsi və müvafiq qeydlərin aparılması
- Laboratoriya avadanlıqlarına nəzarət edilməsi
- Sanitar gigiyena qaydalarına əməl edilməsi
İş şəraiti:
- 6 günlük iş rejimi
- Nahar şirkət tərəfindən təmin edilir
- Servis xidməti fəaliyyət göstərir
- Əmək haqqı müsahibə əsasında razılaşma yolu ilə müəyyən ediləcəkdir
Əlaqə nömrəsi: +994 51 233 29 07