Green Tech
Planlama üzrə mütəxəssis
Son tarix 29 sen 2024 -
Vəzifə və öhdəliklər:
- İstehsala daxil olan ve olmayan əməliyyat fəaliyyətləri (texniki, mexaniki, elektrik, tikinti) üzrə illik/dövri planları müvafiq bölmələrdən alır və şirkət səviyyəsində konsolidasiya edir.
- Plana uyğun olaraq daxil olan satınalma tələblərini araşdırır, analiz edir və zəruri hallarda tələb açan tərəflə əlaqə saxlayaraq tələbin aydınlaşdırılmasını təmin edir.
- Plan xaricində daxil olan satınalma tələblərini nəzərdən keçirir, səbəblərini sorğulayır və tələb sahibiylə əlaqə saxlayaraq tələbin aydınlaşdırılmasını təmin edir.
- Şirkət səviyyəsində miqyas iqtisadiyyatının (economy of scale) tətbiq olunması üçün zəruri fəaliyyətləri həyata keçirir (tələbin konsolidasiya edilməsi, dövri tələblərin müəyyənləşdirilməsi və s.).
- Əməliyyat Planlaşdırma rolu və məsuliyyətlərinin həyata keçirilməsi üçün müvafiq tərəfdaşlarla (Satınalma, Texniki, Anbar və s.) əlaqəli şəkildə işləməyi təmin edir.
- Şirkətin əsas anbarında, alt anbarda və təchizatçı anbarlarında olan ehtiyatları izləyir; tələblərin vaxtında və tam şəkildə qarşılanması üçün resursların və logistika əməliyyatlarının səmərəli və effektiv idarə olunmasını təmin edir.
- Əməliyyat fəaliyyətləri və əlaqədar proseslərdə təkmilləşdirmə nöqtələrinin müəyyənləşdirilməsi ilə bağlı analiz fəaliyyətlərini aparır. Müəyyən olunmuş ehtiyaclara əsasən inkişaf və/və ya təkmilləşdirmə işlərini müvafiq bölmələrlə koordinasiya edərək əlavə dəyər və məhsuldarlığın artırılmasını təmin edir.
- Korporativ yaddaşın formalaşdırılmasına yönəlmiş mövcud sistem tətbiqlərinin effektiv şəkildə istifadə olunmasını təmin etmək üçün nəzarət və geri bildirim işlərini həyata keçirir.
- Satınalma zamanı tələb olunan texniki şərtlərin tələbinə və ehtiyacına uyğun olaraq təmin edilməsi üçün müvafiq bölmələrlə koordinasiya şəklində işləyir.
Tələblər və bacarıqlar:
- Açılan tələblərin təhlil edilməsi;
- Güclü analitik və problem həll etmə bacarıqları;
- Tənqidi düşünmə və qərar qəbul etmə qabiliyyətləri;
- Qarşı tərəfi düzgün şəkildə istiqamətləndirəcək dərəcədə ünsiyyət bacarığı;
- Əməkdaşlıq və Komanda işi
- Vaxtın idarə edilməsi və təşkilatçılıq bacarığı
- Korporativ iş mədəniyyəti
Tələblər:
- Ali təhsil (mühəndislik, iqtisadiyyat və biznesin idarə edilməsi )
- Planlama layihələri üzrə biznes təhlilçi kimi 5+ illik təcrübə
- Proqram bilikləri: MS Office, Power BI, SQL baza biliklər
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus və İngilis dilləri yaxşı (yazı və oxuma)
- Əmək haqqı başlanğıc olaraq 2000 AZN
İş barədə məlumat:
- İş qrafiki: 08:00-17:00 ( beş günlük iş həftəsi);
- Iş yeri Binə qəsəbəsində yerləşir;
- Gediş-gəliş şirkət tərəfindən təmin edilir.
- Nahar şirkət tərəfindən təmin edilir..
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu yerinə Planlama üzrə mütəxəssis qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.