Azərbaycanın ən böyük bankı, ölkənin bank sektorunun lideri olan ABB Bank 2026-cı ilin 3-cü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən dövrdə bankın gəlirləri və mənfəəti rekord həddə yüksəlib.
2026-cı ilin yanvar-sentyabr aylarında ABB Bankın ümumi gəlirləri 1 milyard 362,6 milyon manat, xərcləri isə 820 milyon manat olub. Nəticədə bank 9 ayı 352 milyon manat xalis mənfəətlə tamamlayıb.
Bu dövrdə bankın faiz gəlirləri 937,2 milyon manat olub. Bu 2025-ci ilin eyni dövrünə nisbətən 131,6 milyon manat və ya 16% artıqdır.
Bankın faiz gəlirlərinin 733 milyon manatı kredit portfelindən, 124 milyon manat isə ABB-nin pul yatırdığı qiymətli kağızlardan daxil olub.
Bankın faiz xərcləri isə 336 milyon manat təşkil edib. Faiz xərclərinin böyük hissəsini depozitlərə görə faiz ödənişləri təşkil edir. İlk 9 ayda ABB bankda əmanəti olan şəxslərə 250 milyon manat faiz ödəyib. 29 milyon Mərkəzi Bank qarşısındakı öhdəliklərə görə ödənilən faizlər, 29 milyon manat isə pul alətləri üzrə ödənişlərdir. Daha 16 milyon manatı isə ABB aldığı kreitlər üzrə faizlər ödəyib.
Nəticədə bankın xalis faiz gəliri 585 milyon manat olub, bu ötənilki 512 milyon manatdan 73 milyon manat və ya 14% artıqdır.
Hesabat dövründə ABB-nin qeyri-faiz gəlirləri 100 milyon manat artaraq 425 milyon manata yüksəlib. Bundan 256 milyon manat haqq və komissiya gəlrləri, 68 milyon manat xarici valyuta əməliyyatlarından gəlirlər, 99 milyon manat digər gəlirlər olub.
Qeyri-faiz xərcləri isə təqribən 10% artaraq 484 milyon manata çatıb. Bunun 185 milyon manatı (23 milyon manat və ya 14% çox) əmək haqqı xərcləri, təxminən 30 milyon manatı inzibati xərclər, 247 manat isə digər xərclərdir.
Nəticədə bankın əməliyyat mənfəəti 527 milyon manata yüksəlib. Bu ötənilki 400 milyon manatla müqayisədə 127 milyon manat və ya 31% artıqdır.
78,5 milyon manat mənfəət vergisi ödənişindhən sonra isə bankın xalis mənfəəti 352,4 milyon manat təşkil edib. Bun ABB-nin ilk 3 rübdə əldə etdiyi ən böyük xalis mənfəət göstəricisidir.
Bu dövrdə ABB-nin aktivləri 2,5 milyard manat və ya təqribən 20% artaraq 13,6 milyard manatdan 16,1 milyard manata yüksəlib.
Bankın nağd vəsaitləri 900 milyon manat artaraq 3,4 milyard manata, digər banklardakı depozitləri 1 milyard manat artaraq 1,4 milyard manata yüksəlib. Kredit portfeli isə 780 milyon manat artaraq 7,8 milyard manatı keçib.
Bu dövrdə ABB-nin digər aktivləri 300 milyon manat artaraq 900 milyon manata yaxınlaşıb.
2026-cı ilin ilk 9 ayında ABB-nin öhdəlikləri 2,4 milyard manat artaraq 13,8 milyard manata yüksəlib depozit portfeli 2 milyard manata yaxın artaraq ilk dəfə 10 milyardlıq həddi keçib – 10,7 milyard manat.
Bu dövrdə bankda həm fiziki şəxslərin, həm də hüquqi şəxslərin depozitləri hərəyə təxminən 1 milyard manat artıb.
Bankın kapitalı isə 3-cü rübün sonuna daha 100 milyon manat artaraq 2,3 milyard manata yüksəlib. Bunun 1 milyard 281 milyon manatı nizamnamə kapitalı, 267 milyon manata ümumi ehtiyatlar, 774 milyon manat isə bölüşdürülməmiş mənfəətdir.
ABB-nin səhmini alanlar sevinir – Lider bankdan 352 milyon manat xalis mənfəət – HESABAT
15:16
13 Okt 2026






![[red]ABB-nin səhmini alanlar sevinir – Lider bankdan 352 milyon manat xalis mənfəət – HESABAT [/red] | FED.az](/upload/news/small/4885775.jpg)
![[red]ABB-nin səhmini alanlar sevinir – Lider bankdan 352 milyon manat xalis mənfəət – HESABAT [/red] | FED.az](/upload/news/small/4872975.png)
![[red]ABB-nin səhmini alanlar sevinir – Lider bankdan 352 milyon manat xalis mənfəət – HESABAT [/red] | FED.az](/upload/news/small/111556.png)









