Azərbaycanda fintech sektorunda ənənəvi olaraq əsas prioritet ödəniş sistemləri və ödəniş məhsullarıdır.
Mərkəzi Bank İT idarəetmə ilə bağlı yeni qaydalar tətbiq edəcək - Vüsal Xəlilov
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının sədrinin müavini Vüsal Xəlilov Bakıda keçirilən "Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı" çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, son dövrlərdə digər məhsulların yaradılmasına da böyük önəm və diqqət yetirilir:
"Mərkəzi Bankın qanunvericilikdə etdiyi bir sıra dəyişikliklər də ödənişlərdən kənar digər məhsul və xidmətlərin yaradılmasını təşviq edir. Buna görə də hesab edirik ki, həm banklar, həm də fintex şirkətləri vasitəsilə vətəndaşlara yeni xidmətlərin təqdim olunmasının şahidi olacağıq".
Hazırda sektorla birlikdə, xüsusilə, AzFina və Banklar Assosiasiyasının dəstəyi ilə qanunvericilik bazasına dair həm qaydalarda, həm də qanunlarda dəyişiklik layihələri hazırlamışıq. Artıq həm bizim, həm də sektorun təklifləri nəzərə alınmaqla hazırlanmış ilkin layihələrə müsbət rəy verilib. Müvafiq assosiasiyalar da layihələrlə bağlı öz rəylərini bildiriblər. Düşünürük ki, bu dəyişikliklər fintech şirkətlərinin yeni məhsul və xidmətlər yaratmasına, eləcə də həmin xidmətlərin əhatə dairəsini genişləndirməsinə imkan verəcək", - deyə o əlavə edib.













