2026-cı ilin yanvar-sentyabr aylarında informasiya və rabitə müəssisələri tərəfindən 3 milyard 257,1 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,1 faiz çox xidmət göstərilib.
Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI
Dövlət Statistika Komitəsindən FED.az-a bildirilib ki, xidmətlərin 987,1 milyon manatını (30,3 faizini) mobil telefon rabitəsi, 524,3 milyon manatını (16,1 faizini) internet, 558,8 milyon manatını (17,2 faizini) proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsi, 384,7 milyon manatını (11,8 faizini) informasiya, 802,2 milyon manatını (24,6 faizini) isə digər informasiya və rabitə xidmətləri təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsi xidmətlərinin dəyəri real ifadədə 32,2 faiz, internet xidmətlərinin 21,5 faiz, informasiya xidmətlərinin 8,6 faiz, mobil telefon rabitəsi xidmətlərinin 3,3 faiz, digər informasiya və rabitə xidmətlərinin dəyəri isə 4,3 faiz artıb.













