Kibertəhlükəsizliklə bağlı yaranan risklər rəqəmsallaşmanın artması ilə birlikdə gəlir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının sədrinin müavini Vüsal Xəlilov Bakıda keçirilən "Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı" ilə bağlı tədbirdə deyib.
Bu baxımdan Mərkəzi Bankın atdığı addımlara nəzər salsaq, biz ilk öncə məlumat təhlükəsizliyi və kibertəhlükəsizlik qaydalarını bazara təqdim etdik. Bu qaydalardan ardıcıl olaraq biz İT idarəetmə tövsiyələrini bazara gətirdik. Əvvəlcə tövsiyə olaraq, daha sonra bunu qayda kimi də tətbiq etməyi düşünürük", - deyə o, bildirib.
Onun sözlərinə görə, həm fintexlərdə, həm də istənilən maliyyə institutunda dayanıqlı İT infrastrukturu olmalıdır:
"Ona görə də biz təhlükəsizlik, İT, indiki mərhələdə isə data idarəetmə düyməsi və süni intellektin idarə edilməsi üzrə çərçivəni sektorla birgə çalışırıq ki, onları da təqdim edək. Bu, bütün bu innovasiyaların və rəqəmsallaşmanın təhlükəsiz şəkildə bazara gətirilməsinə imkan yaradacaq.
Düşünürəm ki, bütün bu kompleks, amma çox maraqlı sahədə fintexlər öz yerini tutmalıdır və bu inkişafdan həm özləri dəyər yaratmalıdır, həm də sektora dəyər qatmalıdır. Və bizim bu gün bölgədə olan gözəl həm münasibət, həm də imkanlarımızı nəzərə alaraq düşünürəm ki, bu dəyəri biz bütün region üçün yaratmalıyıq".















