Regionun tanınmış tibb mərkəzlərindən olan “Tovuz Medical Center” klinikasında 32 kəsikli müasir kompüter tomoqrafiya (KT) cihazı istifadəyə verilib.
FED.AZ xəbər verir ki, KT cihazı region sakinləri üçün tibbi xidmətlərin əlçatanlığını daha da artırıb. Belə ki, artıq vətəndaşlar bir sıra dəqiq diaqnostik müayinələr üçün Bakıya və digər iri şəhərlərə getmədən, yaşadıqları regionda müayinə oluna biləcəklər. Bu, pasiyentlərin həm vaxtına, həm də yol və digər əlavə xərclərinə qənaət etməsinə imkan yaradacaq.
Müasir KT cihazı müxtəlif xəstəliklərin vaxtında aşkarlanmasına və həkimlərin daha dəqiq diaqnoz qoymasına kömək edir. Xüsusilə təcili tibbi hallarda müayinələrin qısa müddətdə aparılması operativ qərarların qəbul edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Belə müasir tibbi texnologiyaların regionlarda tətbiqi əhalinin keyfiyyətli səhiyyə xidmətlərinə çıxış imkanlarını daha da genişləndirir.
“Tovuz Medical Center”in direktoru, tibb üzrə fəlsəfə doktoru Elçin Müseyibov FED.AZ saytına bildirib ki, Mərkəzdə fəaliyyətə başlayan müasir kompüter tomoqrafiya cihazı minimal şüalanma ilə yüksək keyfiyyətli görüntülər əldə etməyə və bir çox xəstəliklərin vaxtında aşkarlanmasına imkan yaradır: "Kompüter tomoqrafiya müayinələri həm kontrastlı, həm də kontrastsız şəkildə həyata keçirilir. Kontrastsız müayinələrə baş-beynin, döş qəfəsinin, qarın boşluğu orqanlarının, sümük və oynaq sisteminin müayinələri, eləcə də travmaların və orqan yarıqlarının qiymətləndirilməsi daxildir".
E.Müseyibovun sözlərinə görə, kontrastlı müayinələr vasitəsilə isə damar patologiyalarının aşkarlanması, KT angioqrafiya müayinələri, onkoloji xəstəliklərin aşkarlanması və digər klinik halların qiymətləndirilməsi mümkündür: “Xüsusi ilə qeyd etməliyəm ki, cihazın əsas üstünlüklərindən biri də müayinələrin qısa müddətdə tamamlanmasıdır. Cəmi bir neçə dəqiqə ərzində əldə edilən görüntülər həkimlərə diaqnostik qiymətləndirmədə kömək edir”.
“Tovuz Medical Center”
Müasir texnologiya, sürətli müayinə və keyfiyyətli diaqnostika
Ünvan: Tovuz rayonu, M.H.Şəhriyar küçəsi
Əlaqə nömrələri:
(+99451) 315 05 00
(+99499) 315 05 00
İş saatı: 08:30 - 17:00













