Hazırda ani ödənişlər sistemində günə 1 milyon əməliyyat keçirilir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının sədrinin müavini Vüsal Xəlilov Bakıda keçirilən "Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı" ilə bağlı tədbirdə deyib.
Onun sözlərinə görə, 2024-cü ildə bir il ərzində bir milyon əməliyyat keçirilirdi:
"İndi biz günə bu qədər biz əməliyyat keçiririk və bu miqyaslanmaqda davam edir və biz ani ödənişlər sistemimizi hal-hazırda digər ölkələrin, xüsusən də həm qeyd etdiyimiz regionun, həm də regiondan daha kənar olan ölkələrlə də inteqrasiyasında maraqlıyıq".
"Türkiyə Mərkəzi Bankı ilə də bu mövzuda sıx münasibətdəyik, işlər gedir və düşünürük ki, sektorda bu ölkələr arası cross-border ödənişlərin də xərcinin azaldılması baxımından fintexlərin böyük rolu ola bilər və bu da bir regionumuzda olan imkan kimi qiymətləndirilməsi üzrə düşünürəm", - deyə o, əlavə edib.















