“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda dəyişikliklər ediləcək və eyni qanun layihəsi təqdim ediləcək.
Ani ödənişlər sistemində 1 milyonluq əməliyyat limiti bir ildən bir günə düşüb - MƏRKƏZİ BANKIN SƏDR MÜAVİNİ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının sədrinin müavini Vüsal Xəlilov Bakıda keçirilən "Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı" ilə bağlı tədbirdə deyib.
Onun sözlərinə görə, bu dəyişikliklər Azərbaycanda fəaliyyət göstərən fintex şirkətlərinin fəaliyyət dairəsinin genişlənməsinə və təqdim etdikləri xidmətlərin çeşidinin artmasına imkan yaradacaq.
Sədr müavini qeyd edib ki, burada məqsəd Azərbaycanda maliyyə sisteminin, xüsusilə də fintex sektorunun inkişafını təmin etməkdir və bu məqsədə nail olmaq üçün üç əsas istiqaməti müəyyənləşdirilib:
"Birinci istiqamət qanunvericilikdir. Bu sahədə AzFina ilə sıx əməkdaşlıq edirik və qanunvericiliyin təkmilləşdirilməsi zamanı Assosiasiyadan daxil olan çoxsaylı praktiki təklifləri və rəyləri nəzərə alırıq.
İkinci istiqamət rəqəmsallaşma və süni intellektin tətbiqidir. Bildiyiniz kimi, cari ilin fevral ayında Prezidentin sədrliyi ilə keçirilən müşavirədə rəqəmsallaşma və süni intellekt ölkəmizin əsas prioritetləri sırasında müəyyənləşdirildi. Bu da fəaliyyət göstərdiyimiz əsas istiqamətlərdən biridir.
Üçüncü istiqamət isə Mərkəzi Bank tərəfindən sektorun rəqəmsallaşması və inkişafı üçün yaradılan texniki həllər, məhsullar və xidmətlərdir. Mərkəzi Bankın yaratdığı məhsul və sistemlər hər hansı fintex şirkəti və ya bankla rəqabət aparmaq məqsədi daşımır. Əksinə, bu həllər sektorun inkişafına dəstək olmaq və bazar iştirakçılarının qarşılaşdıqları problemləri həll etmək üçün nəzərdə tutulub".













