Buta Consulting MMC
İşə qəbul üzrə mütəxəssis
Son tarix 26 apr 2025 - [email protected]
Vəzifə və öhdəliklər:
- Şirkətin işəqəbul proseduruna uyğun olaraq işin aparılması;
- Vakansiyaların təhlili, tələb olunan işçi sayının müəyyən edilməsi;
- Elan olunan vakansiyalar üzrə namizədlərin axtarışı;
- Vakansiyalar üzrə elanların müvafiq saytlarda yerləşdirilməsi;
- Digər işəgötürmə və axtarış üsullarının həyata keçirilməsi, axtarış vasitələrinin effektivliyinin artırılması;
- Daxil olan CV-lərin qeydiyyatının aparılması, incələnməsi və vakansiyalara uyğun namizədlərin seçilməsi;
- İşə qəbul testlərinin və ilkin müsahibələrin keçirilməsi;
- Şirkətin işəqəbul və yerləşdirmə müddətində lazımi proseslərə nəzarət edilməsi;
- İş yerinə göndərişlərin təşkili və nəzarət edilməsi;
- Sınaq müddəti təyin edilməsi və izlənməsi;
- Vakansiyalarla bağlı struktur rəhbərləri ilə işin təşkilinin aparılması;
- İşçi axınının təhlili və potensial işçi bazasının yaradılmasını təmin etmək.
Namizədə olan tələblər:
- Menecment, iqtisadiyyat və ya ictimaiyyətlə əlaqələr sahəsində ali təhsil;
- Müvafiq vəzifədə 1 ildən az olmayaraq iş təcrübəsi;
- Ms Office proqramlarında sərbəst işləyə bilməli;
- Müsahibə metodları,testləşdirmə və kadr seçimi politikasından anlayışın olması;
- Danışıqlar aparma bacarığı, səlis danışıq qabiliyyəti;
- Ünsiyyətcil, aktiv və kollektivlə işləmə bacarığı;
- Araşdırma qabiliyyəti yüksək olmalı;
- Retail sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcəkdir.
İş şəraiti
- 5 günlük iş rejimi;
- Əmək haqqı: 700 AZN (başlanğıc)
- İş yeri: Nəsimi ray., Ak.H.Əliyev küçəsi 13.
- Korporativ nömrə şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İşə qəbul üzrə mütəxəssis” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.