2026-cı ilin 8 ayında (yanvar-avqust) pomidor ixracının dəyəri 157,15 milyon dollardan 172,22 milyon dollara yüksəlib.
FED.az xəbər verir ki, bu Dövlət Gömrük Komitəsinin 2025 və 2026-cı illər üzrə aylıq ixrac və idxal statistikası üzrə aparılan hesablama nəticəsində bəlli olub.
İxrac gəliri 9,6% artsa da, fiziki həcm 144 min tondan 143 min tona düşərək 0,7% azalıb.
İxrac həcminin azalması fonunda ixrac gəlirinin artması xaricdə Azərbaycan pomidorunun daha baha satıldığını göstərir.













