Oktyabrın 30-də “Sabirabad-konserv’’ ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncağın əsas mövzusu kreditin alınması üçün kredit təşkilatlarına edilən müraciətə baxılmasıdır. Eyni zamanda iclasda “Sabirabad-konserv’’ ASC-nin müşahidə şurasının 21 yanvar 2026-cı il tarixli iclasında qəbul edilmiş qərarı da təsdiq olunacaq.
İclam 30 oktyabr 2026-cı ildə saat 15.00-də Sabirabad şəhəri, Vidadi küçəsi 1 ünvanında keçiriləcək.












