İran-ABŞ münaqişəsi fonunda Hörmüz boğazından keçən gəmilərin sayı minimum səviyyəyə düşüb. Sentyabrın 15-də bu strateji əhəmiyyətli su yolundan cəmi dörd gəmi keçib: ikisi boğaza daxil olub, ikisi isə boğazdan çıxıb.
FED.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi "Kpler" analitik şirkətinə istinadən məlumat yayıb.
Analitiklərin qeyd etdiyinə görə, həmin gəmilər arasında neft daşıyan supertankerlər və mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan tankerlər olmayıb.
Yaxın Şərqdə münaqişə başlamazdan əvvəl boğazdan gündəlik orta hesabla 125 iri kommersiya gəmisi, o cümlədən quru yük gəmiləri və konteynerdaşıyanlar, neft və qaz tankerləri keçirdi. Bu gəmilər dünya üzrə gündəlik neft və LNG tədarükünün təxminən 20 faizini daşıyırdı.












