Ekvayrinq və riskli əməliyyatların monitorinqi üzrə mütəxəssis/baş mütəxəssis
Son tarix 29 sen 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
-
Etiraz ərizələri (Chargebacks) ilə iş: baxılması, təhlili, növbəti addımların müəyyən edilməsi;
-
Etiraz ərizlərinin Visa və Mastercard sistemlərində qeydiyyata alınması (VROL, Mastercom);
-
Banka qarşı sürülən etiraz ərizələrinin izlənməsi, cavablandırılması və sonrakı nəzarət;
-
Banka qarşı sürülən etiraz ərizələri üzrə sənədlərin toplanması, araşdırılması və müvafiq qərarın qəbul edilməsi;
-
Etiraz ərizələri üzrə tələb olunan hesabatlığın tərtib olunması;
-
Elektron ticarətdə yarana biləcək risklərin təhlili;
-
Bankın kartları ilə aparılan əməliyyatların mütəmadi təhlili və potensial risklərin müəyyən edilməsi;
-
Bankın ekvayrinq şəbəkəsində aparılan əməliyyatların təhlili və potensial risklərin müəyyən edilməsi.
Namizədə qarşı tələblər:
-
Ali iqtisadi təhsil;
-
Bank kartları sahəsində minimum 2 il iş təcrübəsi;
-
Azərbaycan dili əla, Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;
-
Etiraz əməliyyatları (Chargebacks) haqqında biliklər və bu əməliyyatların aparılması bacarıqları;
-
Etiraz əməliyyatlarına dair Ödəniş Sistemlərinin qaydaları haqqında biliklər;
-
Risklərin və “fraud” hallarının müəyyən edilməsi məqsədilə kartlar ilə aparılan əməliyyatları təhlil etmə qabiliyyəti;
-
Ödəniş Sistemləri və prosesinq şirkətinin nümayəndələri ilə danşıqların aparılması təcrübəsi;
-
Komandada işləmək və digər struktur bölmələr ilə əlaqələr qurmaq bacarıqları;
-
Diqqətlilik, məsuliyyət və məqsədyönlülük.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 sentyabr 2022-ci il tarixinədək email-in mövzu hissəsində Ekvayrinq və riskli əməliyyatların monitorinqi üzrə mütəxəssis/baş mütəxəssis qeyd etməklə elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Kart texnologiyalarının inkişafı üzrə mütəxəssis
Son tarix 29 sen 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
-
Kart portfelinin təhlilini aparmaq – kart məhsulu, əməliyyat, region, valyuta növləri və sair göstəricilər üzrə bölgüdə məlumatları təhlil etmək;
-
Bankın ekvayrinq şəbəkəsində aparılan əməliyyatların təhlilini aparmaq;
-
Təhlil edilmiş məlumata əsasən tələb olunan istiqamətdə və formatda təqdimat hazırlamaq;
-
Mastercard, Visa, Apple və Google ilə hesabatlılıq, “invoice” və sair analitik məlumat üzrə qarşılıqlı əlaqələr qurmaq, tələb olunan məlumatı təqdim etmək;
-
Yeni kart texnologiyaları və məhsulların tətbiqi ilə bağlı layihələrdə iştirak edərək, müvafiq analitik məlumatı təqdim etmək, eyni zamanda bu məlumata əsasən layihənin kart biznesinin inkişafına təsirini proqnozlaşdırmaq;
-
Kartlar üzrə stimullaşdırıcı kampaniyaların keçirilməsi üçün statistik məlumatlar təqdim etmək; Keçirilən kampaniyaların nəticəsində müvafiq “cash back” və digər şərtlərin yerinə yetirilməsi üçün müvafiq daxili struktur bölmələr ilə əlaqə qurmaq və icrasına nəzarət etmək;
-
Ödəniş Sistemlərinin “invoice”-larını təhlil etmək, buna əsasən müvafiq məlumatları rəhbərliyə təqdim etmək, xərclərin azaldılmasına dair təkliflər vermək və Ödəniş Sistemləri ilə bu istiqamətdə əlaqə qurmaq;
-
Ödəniş Sistemləri tərəfindən kartlar üzrə təklif olunan üstünlükləri (benefits) öyrənmək, bu istiqamətdə Ödəniş Sistemləri, Marketinq, filiallar və digər daxili strukturlar ilə əlaqə qurmaq.
Namizədə qarşı tələblər:
-
Ali iqtisadi təhsil;
-
Microsoft Excel və PowerPoint üzrə biliklər;
-
Azərbaycan dili əla, İngilis dili yaxşı səviyyədə arzuolunandır;
-
Məlumatları təhlil etmə qabiliyyəti;
-
Təqdimat hazırlamaq qabiliyyəti;
-
Komandada işləmək və ünsiyyət qurmaq bacarığı;
-
Diqqətlilik, məsuliyyət, təşəbbüskarlıq və məqsədyönlülük;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 sentyabr 2022-ci il tarixinədək email-in mövzu hissəsində Kart texnologiyalarının inkişafı üzrə mütəxəssis qeyd etməklə elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.