Bank Respublika ASC
Pərakəndə Bankçılıq üzrə mütəxəssis (Qazax, Şabran)
Son tarix 27 avq 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Bankın fiziki şəxs müştərilərinə pərakəndə məhsul və xidmətlər haqqında dolğun, dəqiq məlumatlar ötürmək, tövsiyələr vermək və xidmət göstərmək;
- Müştərilərə cari və əmanət hesabları açmaq, hesab üzrə əməliyyatlar aparmaq və bağlamaq;
- Bank kartları, Təcili Pul köçürmələri və Bank Seyfi üzrə əməliyyatlar aparmaq;
- Pərakəndə bank məhsullarının çarpaz satışını həyata keçirmək;
- Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
- Bankın sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək;
- Kredit müraciətlərinin qəbulu, analizi, sənədləşdirilməsi və rəsmiləşdirilməsi;
- Yeni müştərilərin cəlb olunması istiqamətində mütəmadi qaydada işin təşkili.
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il iş təcrübəsi mütləqdir;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus dili bilənlərə üstünlük verilir, İngilis dili biliyi arzuolunandır;
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 26 avqust 2022-ci il tarixinədək email-in mövzu hissəsində müvafiq olaraq aşağıdakıları qeyd etməklə elektron ünvanına göndərə bilər:
- Pərakəndə Bankçılıq üzrə mütəxəssis (Qazax)
- Pərakəndə Bankçılıq üzrə mütəxəssis (Şabran)
Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Aqro və mikrokreditlər üzrə kiçik mütəxəssis (Gəncə)
Son tarix 26 avq 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
- Müştərilərin tələblərini nəzərə alaraq, uyğun bank məhsulunu təklif etmək;
- Bankın məhsullarının effektiv və keyfiyyətli satışı;
- Bank məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
- Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
- İş təcrübəsi: bank, müştəri xidmətləri və ya satış sahəsində təcrübə arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili (əla);
- Komputer bilikləri; Microsoft Office Programs (Word, Excel);
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 avqust 2022-ci il tarixinədək elektron ünvanına göndərə bilər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Aqro və mikrokreditlər üzrə kiçik mütəxəssis (Gəncə) şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Korporativ bankçılıq üzrə mütəxəssis (Qazax, Şabran)
Son tarix 27 avq 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
- Bankın korporativ müştərilərinə xidmət etmək;
- Hüquqi şəxslərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
- Əmanət hesabları üzrə faizlər və əmanətin ödənilməsini həyata keçirmək;
- Hesablar üzrə tələb olunan bütün əməliyyatları icra etmək;
- Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
- Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- Aidiyyati sahə üzrə minimum 1 il iş təcrübəsi mütləqdir;
- Dil bilikləri: Azərbaycan dili (əla);
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 26 avqust 2022-ci il tarixinədək email-in mövzu hissəsində müvafiq olaraq aşağıdakıları qeyd etməklə elektron ünvanına göndərə bilər:
- Korporativ bankçılıq üzrə mütəxəssis (Qazax)
- Korporativ bankçılıq üzrə mütəxəssis (Şabran)
Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Kassir (Qazax, Şabran)
Son tarix 27 avq 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
- Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;
- Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək;
- Dövriyyəyə yararsız pul əskinaslarının qəbul edilməsi və dəyişdirilməsini həyata keçirmək;
- Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq.
Namizədə qarşı tələblər:
- Təhsil: (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il;
- Dil bilikləri: Azərbaycan dili əla, Rus dili arzuolunandır;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma;
- Yüksək ünsiyyət bacarığı;
- Əzmkarlıq, düzgünlük, çalışqanlıq;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində müvafiq olaraq aşağıdakıları qeyd etməklə 26 avqust 2022-ci il tarixinədək elektron ünvanına göndərə bilər:
- Kassir (Qazax)
- Kassir (Şabran)
Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis (Qazax və Şabran)
Son tarix 27 avq 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Potensial müştərilərin axtarışı və cəlb edilməsi;
- Korporativ müştərilərlə biznes görüşlərinin təşkili;
- Korporativ müştərilərdən daxil olan məlumatlara operativ reaksiyanın göstərilməsi;
- Bank və bankın məhsullarının şirkətlərdə və digər yerlərdə satışlarını təşkil etmək;
- Cəlb olunan müştərilərin qarşısında qoyulan tələblərin icrasına nəzarət;
- Biznes analizlərin aparılması.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (arzuolunandır);
- Yüksək səviyyədə satış etmək bacarığı;
- Korporativ müştərilərlə işləmək bacarığı;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 26 avqust 2022-ci il tarixinədək emailin mövzu hissəsində müvafiq olaraq aşağıdakı kimi qeyd edərək elektron ünvanına göndərə bilər:
- Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis (Qazax)
- Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis (Şabran)
Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Pərakəndə Bankçılıq üzrə mütəxəssis (Bakı, Sumqayıt)
Son tarix 27 avq 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Bankın fiziki şəxs müştərilərinə pərakəndə məhsul və xidmətlər haqqında dolğun, dəqiq məlumatlar ötürmək, tövsiyələr vermək və xidmət göstərmək;
- Müştərilərə cari və əmanət hesabları açmaq, hesab üzrə əməliyyatlar aparmaq və bağlamaq;
- Bank kartları, Təcili Pul köçürmələri və Bank Seyfi üzrə əməliyyatlar aparmaq;
- Pərakəndə bank məhsullarının çarpaz satışını həyata keçirmək;
- Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
- Bankın sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək;
- Kredit müraciətlərinin qəbulu, analizi, sənədləşdirilməsi və rəsmiləşdirilməsi;
- Yeni müştərilərin cəlb olunması istiqamətində mütəmadi qaydada işin təşkili.
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus dili bilənlərə üstünlük verilir, İngilis dili biliyi arzuolunandır;
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 26 avqust 2022-ci il tarixinədək email-in mövzu hissəsində müvafiq olaraq aşağıdakı kimi qeyd etməklə elektron ünvanına göndərə bilər:
- Pərakəndə Bankçılıq üzrə mütəxəssis (Sumqayıt)
- Pərakəndə Bankçılıq üzrə mütəxəssis (Bakı)