Azərbaycan şirkəti 7000 manat maaşla - İŞÇİ AXTARIR - VAKANSİYA
"Bank Respublika" ASC işçi axtarır - VAKANSİYA
"Xalq Bank" Bakıda və bölgələrdə - İşçilər Axtarır - VAKANSİYALAR
"Unibank" işçi axtarır - VAKANSİYA
"PASHA Bank" işçilər axtarır - VAKANSİYALAR
"Başak Group" işçilər axtarır - MAAŞ 500-2500 MANAT - VAKANSİYALAR
"Azərpoçt" işçilər axtarır - VAKANSİYALAR
Füzulidə çalışmaq üçün işçilər axtarılır - MAAŞ 1200 MANAT - VAKANSİYALAR
"ASSAN-STP Panel" işçilər axtarır - VAKANSİYALAR
"Hajigabul Poultry Farm Company" işçilər axtarır - VAKANSİYALAR
Bank Respublika ASC
İnformasiya texnologiyaları və ya İnformasiya təhlükəsizliyi üzrə auditor (İT Auditor)
Son tarix 24 iyn 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Audit olunan prosesin daxili nəzarət sistemlərinin mövcud olması, effektivliyi və adekvatlığını yoxlamaq və qiymətləndirmək;
- Zəruri hallarda bankın daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
- Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirmək;
- Təyin edilmiş vaxt çərçivəsində audit yoxlaması aparılan sahənin risk təhlilini həyata keçirmək;
- Proseslərin müvafiq qanunvericilik, prosedur və qaydalara uyğun olmasını təyin etmək;
- Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələri həyata keçirmək;
- İT əməliyyatlarında zəifliklərin müəyyən edilməsi ilə bağlı daxili araşdırmanın aparılması.
Namizədə qarşı tələblər:
- Ali təhsil (İnformasiya texnologiyaları və ya informasiya təhlükəsizliyi sahələri üzrə);
- İnformasiya texnologiyaları və ya İnformasiya təhlükəsizliyi üzrə nəzarət və monitorinq funksiyalarında minimum 4 il iş təcrübəsi;
- Daxili audit, risklərin idarə olunması sahəsi üzrə biliklər;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, İngilis dili yaxşı səviyyədə arzuolunandır;
- Excel proqramında işləmək bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 23 iyun 2023-cü il tarixinədək emailin mövzu hissəsində İnformasiya texnologiyaları və ya İnformasiya təhlükəsizliyi üzrə auditor (İT Auditor) şəklində qeyd etməklə elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.