Azərbaycan şirkəti 7000 manat maaşla - İŞÇİ AXTARIR - VAKANSİYA
"Bank Respublika" ASC işçi axtarır - VAKANSİYA
"Xalq Bank" Bakıda və bölgələrdə - İşçilər Axtarır - VAKANSİYALAR
"Unibank" işçi axtarır - VAKANSİYA
"PASHA Bank" işçilər axtarır - VAKANSİYALAR
"Başak Group" işçilər axtarır - MAAŞ 500-2500 MANAT - VAKANSİYALAR
"Azərpoçt" işçilər axtarır - VAKANSİYALAR
Füzulidə çalışmaq üçün işçilər axtarılır - MAAŞ 1200 MANAT - VAKANSİYALAR
"ASSAN-STP Panel" işçilər axtarır - VAKANSİYALAR
"Hajigabul Poultry Farm Company" işçilər axtarır - VAKANSİYALAR
PASHA Bank
Kiçik Kredit Risk Anderrayteri (KİB)
Son tarix 10 iyl 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Müştəri bazasının keyfiyyətinə əmin olaraq Bankın potensial itki risklərini minimuma endirmək məqsədi ilə korporativ və institusional bankçılıq şöbəsi üzrə potensial borc alanlarla bağlı kredit risklərinin təhlili;
- Bankın təsdiq edilmiş kredit siyasəti və müvafiq proseduraları ilə bağlı zəruri biliklərə yiyələnməsi;
- Kreditlərin strukturlaşdırılması və digər satış departamentləri tərəfindən təqdim edilmiş kredit ərizələrinin və limitlərin anderraytinqinin təmin edilməsi;
- Sifariş edilən öhdəliklərin növündən və ümumi məbləğindən asılı olaraq bu kredit öhdəliklərində son qərarın verilməsi;
- Kreditləşmə prosesində anderraytinq zamanı ehtiyac yaranarsa, bankdaxili metodologiya, təlimat və qaydaların tələblərinin ekspert əsaslandırma ilə nəzərə alınmasının təmin edilməsi;
- Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq proseduralara və risk iştahası tələblərinə əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsi;
- Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanılması, kredit reytinqlərinin hesablanması və müvafiq qərarın qəbul edilməsi;
- Ədalətli kredit reytinqlərinin təmin olunması üçün kredit riskinin həqiqi keyfiyyətini əks etdirən ekspert rəyinin verilməsi üzrə səlahiyyət və cavabdehlik;
- Müsbət rəy verdiyi kreditlərin icrasına nəzarət; erkən xəbərdarlıq siqnalına əsasən təklif edilmiş strategiyaya rəyin verilməsi.;
- Sifarişlər üzrə defolt olma ehtimalı dərəcəsinin hesablanması, eləcə də Kreditlərin strukturlaşdırılması və Monitorinq şöbələri tərəfindən daxil olan defolt olma ehtimalı üzrə cədvəllərin yoxlanılması, nəzarəti və düzgün defolt dərəcəsinin təsdiq edilməsi;
- Xidmət səviyyəsi müqavilələrinə əsasən hər kredit müraciəti üçün kredit riskləri üzrə anderraytinqin tamamlanması və vaxtında icra edilməsi;
- Bankın təşkilati risklərin idarəedilməsinə dair siyasətinə əməl edilməsi; iş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımların atılması.
Sizdən nə tələb olunur?
- Təhsil: maliyyə, bank işi, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr təhsili.
- Təcrübə: kredit, risk, maliyyə təhlili və ya müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi.
- Xarici dil: ingilis dili (səlis), rus dili (orta).
- Kompüter bilikləri: "Microsoft Office" proqramları.
- İqtisadi/bazar bilikləri: Azərbaycan, Rusiya və Türkiyə iqtisadiyyatı üzrə ümumi biliklərin olması.
- Digər: Maliyyə sahəsi, bank qanunvericiliyi və requlyator tələblər üzrə biliklər; maliyyə təhlili, mühasibatlıq və bankçılıq üzrə təcrübə.
- Üstünlük verilir: Risk menecment, ACCA, CFA üzrə sertifikatların mövcudluğu əlavə üstünlükdür.
Müştəri Meneceri (KOS)
Son tarix 10 iyl 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Potensial müştərilər ilə birbaşa əlaqə yaradaraq, onların banka müştəri kimi cəlb edilməsini təmin etmək üçün, onlara Bank tərəfindən biznes bankçılıq seqmentinin müştərilərinə təqdim edlən bütün məhsul və xidmətlər haqqında məlumatın verilməsi;
- Rəhbərlik tərəfindən hər ay təqdim edilmiş fərdi qaydada əks etdirilmiş hədəflərə çatması;
- Portfeldə olan mövcud müştərilərlə yüksək səviyyədə münasibətlərin qurulması;
- Yeni və mövcud müştərilərə yüksək səviyyədə xidmətin göstərilməsi;
- Müştərilər kredit üçün müraciət etdiyi halda onun biznesinin ilkin maliyyə təhlilini aparmaq və kredit analitikləri ilə səmərəli əməkdaşlıq;
- Kredit Risklərin Anderraytinqi departamentinin əməkdaşları ilə təhlil edilmiş biznesi müzakirə etmək və analizin detallı aparıldığını sübut edən dəlil və sübutların təqdim edilməsi;
- Aidiyyatı departamentin əməkdaşlarının, monitorinqləri həyata keçirməsi üçün, müştəri ilə görüşünün təşkil edilməsi;
- Fəaliyyəti haqqında rəhbərliyə günlük/həfətəlik/aylıq hesabat verilməsi;
- Kreditlərin geri ödənilməsinə nəzarət edilməsi (bankın daxili prosedurlarına uyğun olaraq davaranmaq və müştəri ilə birlikdə problemin həlli yollarını axtarmaq);
- Müştəri portfelinin mənfəətliliyinə nəzarət edilməsi;
- Yeni müştərilər cəlb edilərkən, prosesin mövcud ÖMT (Öz müştərini tanı) prosedurlarına uyğun aparılmasının təmin edilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə, İqtisadiyyat, Bankçılıq və ya müvafiq sahə
- Tələb olunan iş təcrübəsi: 1-3 il
- Xarici dillər: İngilis, Rus
- Kompüter bilikləri: Microsoft Office
- Məhsul üzrə biliklər: Bank məhsulları
- Başqa tələblər: KOS Bankçılıq( kreditin təhlili və satış) sahəsində 1-3 illik təcrübə