Azərbaycan şirkəti 7000 manat maaşla - İŞÇİ AXTARIR - VAKANSİYA
"Bank Respublika" ASC işçi axtarır - VAKANSİYA
"Xalq Bank" Bakıda və bölgələrdə - İşçilər Axtarır - VAKANSİYALAR
"Unibank" işçi axtarır - VAKANSİYA
"PASHA Bank" işçilər axtarır - VAKANSİYALAR
"Başak Group" işçilər axtarır - MAAŞ 500-2500 MANAT - VAKANSİYALAR
"Azərpoçt" işçilər axtarır - VAKANSİYALAR
Füzulidə çalışmaq üçün işçilər axtarılır - MAAŞ 1200 MANAT - VAKANSİYALAR
"ASSAN-STP Panel" işçilər axtarır - VAKANSİYALAR
"Hajigabul Poultry Farm Company" işçilər axtarır - VAKANSİYALAR
Xalq Bank
Biznes-analitika şöbəsinin mütəxəssisi
Son tarix 09 iyl 2023 Müraciət et
Təsvir:
- Bank məhsulları haqqında biliklərə sahib olmaq;
- Bank modulları (FlexCube arzu olunandır), BPM prosesləri və ya analitik məlumatların emalı sistemləri ilə iş təcrübəsi;
- Texniki tapşırıq (istifadəçi və texniki səviyyədə sənəd hazırlama, ardıcıllıq alqoritmi qurma) hazırlama bacarığına malik;
- Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak təcrübəsi;
- Verilənlər bazasının (SQL) sorğulanması üzrə biliklərin olması;
- Xarici dil biliklərinə sahib (Texniki tapşırığı anlamaq və tərtib etmək səviyyəsində) olmaq;
- Web servis üzrə biliklərə sahib olmaq arzuolunandır: Arxitektura növü (Rest/Soap), APİ Server-lərin sorğulanması bacarığı, Sorğulama formatları (JSON / XML) barədə anlayışa malik olmaq.
Tələblər:
- İnformasiya Texnologiyaları üzrə magistr dərəcəsində ali təhsil;
- Biznes proseslərin texniki analizinin verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırılması;
- Biznes proseslər üzrə texniki sənədin (istifadəçi və texniki səviyyədə-use case) hazırlanması;
- Biznes proses üzrə minimal test planların və test ssenarilərinin hazırlanmasında iştirak;
- Texniki tapşırıq üzrə dəyişikliyin icra dövründə monitorinq edilməsi və dəyişikliyin tələblərə uyğunluğunun yoxlanılması;
- Dəyişiklik edilmiş Biznes prosesin test mərhələsində Sifarişçiyə və Bank Sistemlərinə dəstək komandasına təqdim olunmasında iştirak;
- Biznes prosesin Proqramlaşdırma komandası ilə razılaşdırılması və görülən işlər barədə hesabatların təqdim edilməsi;
- Analiz zamanı hesabat hazırlanmasının mümkünlüyünün təmin edilməsi və yarana biləcək potensial risklərin müəyyən edilməsi;
- Tələblərin toplanması və təhlili, xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması.
Ödəniş sistemləri şöbəsinin mütəxəssisi
Son tarix 09 iyl 2023 Müraciət et
Təsvir:
- Ödəniş sistemləri və sürətli pul köçürmələri sistemləri üzrə proqram təminatının istifadəçilərin kompüterlərində quraşdırılmasını təmin etmək;
- Bankın struktur bölmələrində ödəniş sistemləri və sürətli pul köçürmələri sistemləri üzrə texniki işləri yerinə yetirmək;
- Ödəniş sistemlərinə aid kompüter avadanlıqları və proqram təminatlarına texniki xidmət göstərmək və yaranmış qüsurları aradan qaldırmaq;
- Mərkəzi Bankın Bank sertifikat xidmətləri mərkəzinin (BSXM) elektron imzalarının bankda tətbiqi və istifadəsi ilə bağlı işləri yerinə yetirmək;
- Ödəniş sistemlərinin daimi işlək vəziyyət olmasını təmin etmək;
- Ödəniş sistemlərinin bankın daxili qaydaları və əmrləri əsasında təhlükəsiz fəaliyyətini təmin etmək.
Tələblər:
- Ali təhsil (texniki təhsil arzu olunandır);
- Azərbaycan (mükəmməl), Rus və İngilis (texniki) dilləri bilikləri;
- İT sahəsində 2 ildən artıq iş təcrübəsi (bank sahəsində iş təcrübəsi arzu olunandır);
- Sürətli pul köçürmələri (WU, Zoltaya Korona və s.) sistemləri üzrə texniki biliklər və təcrübə;
- Ödəniş sistemləri üzrə (SWIFT, AZIPS, XÖHKS və s.) ümumi biliklər;
- Yeni biliklərin öyrənilməsi və tətbiqi bacarığı;
- Diqqətlilik və yüksək məsuliyyət;
- Komandada işləmək bacarığı.
Kredit şöbəsinin mütəxəssisi (İsmayıllı)
Son tarix 09 iyl 2023 Müraciət et
Təsvir:
- Müştəriyə bankın kredit məhsullarına dair məlumatın verilməsi;
- Kredit müraciətlərinin qəbulu və analizi;
- Müraciətlərin Bankın kredit komitəsində müdafiəsi;
- Kredit sənədlərinin tərtibi;
- Kredit portfelinə nəzarət və idarə etmək;
- Müştəri hesablarının aparılmasına nəzarət;
- Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.
Tələblər:
- Müştəriyə bankın kredit məhsullarına dair məlumatın verilməsi;
- Kredit müraciətlərinin qəbulu və analizi;
- Müraciətlərin Bankın kredit komitəsində müdafiəsi;
- Kredit sənədlərinin tərtibi;
- Kredit portfelinə nəzarət və idarə etmək;
- Müştəri hesablarının aparılmasına nəzarət;
- Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.
Sistemlərin və şəbəkənin idarə edilməsi şöbəsinin mütəxəssisi – Sistem inzibatçısı (Microsoft)
Son tarix 09 iyl 2023 Müraciət et
Təsvir:
- İT sistemlərinin daimi monitorinqi;
- Problemlərin qısa müddətdə aşkarlanması, analizi və həll olunması;
- Mövcud servislərin dayanaqlılığını təmin etmək;
- Əməliyyat sistemlərinin və konfiqurasiya fayllarının mütəmadi ehtiyata alınması;
- Bütün dəyişikliklərin sənədləşdirilməsi;
- Server avadanlıqlarının quraşdırılması;
- İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsi;
- 24/7 mövcudluğu;
- Şirkətin İT siyasətinə uyğun olaraq daima özünü inkişaf etdirməlidir;
- İnformasiya texnologiyaları sahəsində qabaqcıl texnologiyaların tətbiq olunması, sistemlərin və avadanlıqların yenilənməsi ilə bağlı təkliflərin hazırlanması.
Tələblər:
- İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları;
- MCSE: Core Infrastructure, MCSE Productivity Solutions Expert, VMware Certified Professional (VCP), sertifikatlarına sahib olması arzuolunandır;
- Microsoft, VMware, istehsalçı firmalarının məhsulları haqqında bilik və təcrübə.
- Windows Server (2012/2016/2019) əməliyyat sistemlərinin, role-service və tool-ları inzibatçılığı;
- Mərkəzi avtorizasiya və idarəetmə sistemləri ilə iş təcrübəsi - Active Directory, Group policy;
- Virtualizasiya texnologiyaları ilə təcrübə – VMware vSphere, VMware HCI;
- Sistem firewall ilə işləmək bacarığı;
- Backup sistemləri ilə iş təcrübəsi - Veeam Backup and Replication;
- High availability sistemləri ilə iş təcrübəsi;
- Mail servisləri ilə iş təcrübəsi - Exchange server 2016/2019;
- Server update repository-lər ilə iş təcrübəsi -WSUS;
- Configuration Management tool-larla təcrübə - SCCM;
- Avtomatlaşdırma tool-ları ilə iş bacarığı - Ansible.
- İngilis və rus dilləri üzrə biliklər: ixtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək.
- Sahə üzrə iş təcrübəsi ən azı 3 il.
Kredit şöbəsinin mütəxəssisi
Son tarix 09 iyl 2023 Müraciət et
Təsvir:
- Müştəriyə bankın kredit məhsullarına dair məlumatın verilməsi;
- Kredit müraciətlərinin qəbulu və analizi;
- Filiallarda monitorinqlər aparmaqla kreditlərin verilməsi şərtlərinə (kreditin təyinatı, girov təminatı, borcalanın ödəmə qabiliyyəti və s.) əməl olunmasına nəzarət edilməsi;
- Bankın kredit əməliyyatlarının müvafiq qanunvericilik və normativ aktlara uyğun olaraq aparılmasına nəzarət edilməsi;
- Müraciətlərin Bankın kredit komitəsində müdafiəsi;
- Kredit sənədlərinin tərtibi;
- Kredit portfelinə nəzarət və idarə etmək;
- Müştəri hesablarının aparılmasına nəzarət;
- Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.
Tələblər:
- Maliyyə, İqtisadiyyat, Menecment və Hüquq sahəsində ali magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
- Yenilikləri intensiv və dərindən mənimsəmə bacarığı;
- Problemli kreditlərin həlli istiqamətində bilik və bacarığının olması;
- Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Kompüter bilikləri.
İnformasiya təhlükəsizliyi şöbəsinin mütəxəssisi
Son tarix 09 iyl 2023 Müraciət et
Təsvir:
- Kompüter sistemlərinin, şəbəkələrin və məlumatlarının mühafizəsi üçün təhlükəsizlik tədbirlərinin hazərlanması, həyata keçirilməsi və izlənməsi;
- Sistemlər üzrə təhlükəsizlik tələblərinin müəyyənləşdirilməsi;
- Kompüter təhlükəsizlik arxitekturası və ətraflı kibertəhlükəsizlik dizaynlarının hazırlanması;
- Standart əməliyyat prosedurlarının və protokollarının hazırlanması və sənədləşdirilməsi;
- Təhlükəsizlik zəifliklərini azaltmağa və təkrarlanan tapşırıqları avtomatlaşdırmağa kömək etmək üçün texniki həllər və yeni təhlükəsizlik alətlərinin hazırlanması;
- Təhlükəsizliyin inkişafı və təkmilləşdirilməsi üçün araşdırmalara əsaslanan və özündə əldə edilmiş məlumatları, nəticələri və təklifləri ehtiva edən hesabatların hazırlanması.
Tələblər:
- Müvafiq sahədə Ali təhsilin olması;
- UNIX/Linux əsaslı sistemlərin quraşdırılması, sazlaması və problemlərin aradan qaldırılması sahəsində təcrübə;
- Windows əsaslı sistemlərin quraşdırılması, sazlaması və problemlərin aradan qaldırılması sahəsində təcrübə;
- Virtuallaşma və konteyner sahəsində təcrübəsi (VMware, Docker və s.);
- Şəbəkə bilikləri (OSI, TCP/IP, SDN və s.);
- Veb texnologiyaları sahəsində iş təcrübə (veb həllər, veb xidmətlər və s. );
- Skript bacarıqları (bash shell, Python və s.);
- Antivirus, EDR, XDR sahəsində iş təcrübəsi;
- WAF və digər təhlükəsizlik divarı həlləri ilə iş təcrübəsi;
- Kiber təhlükəsizlik sistemlərinin qurulması sahəsində təcrübə;
- Autentifikasiya sistemləri, logların idarə edilməsi, məzmunun filtrasiyası sahəsində iş təcrübəsi;
- Verilənlər bazası və əməliyyat sistemlərinin təhlükəsizliyi haqqında ətraflı texniki biliklər;
- Ən son təhlükəsizlik prinsiplərini, texnikalarını və protokollarını hərtərəfli başa düşmək;
- Problem həll etmə və təzyiq altında işləmək bacarığı.
İnformasiya təhlükəsizliyi şöbəsinin mütəxəssisi (Kiber Nüfuzetmə mütəxəssisi - Pentester)
Son tarix 09 iyl 2023 Müraciət et
Təsvir:
- Proqram və/və ya şəbəkənin yoxlanılması;
- Veb tətbiq və API yoxlamanın aparılması;
- Mobil tətbiqinin yoxlanılması;
- Əməliyyat sistemlərinin təhlükəsizlik yoxlamalarının həyata keçirilməsi;
- Aparılan yoxlamaların sənədləşdirilməsi.
Tələblər:
- İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları;
- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
- Sahə üzrə müvafiq sertifikatlara (CRT, OSCP, CEH, GPEN və s.) sahib olmaq;
- Veb texnologiyaları barədə anlayış;
- Əməliyyat sistemləri və şəbəkə üzrə anlayış;
- Həm şifahi, həm də yazılı ünsiyyət bacarığı;
- Yaradıcı və strateji düşünmə bacarığı;
- Daim öyrənmə bacarığı;
- Məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək qabiliyyəti;
- Komandada işləmək bacarığı.