Azərbaycan şirkəti 7000 manat maaşla - İŞÇİ AXTARIR - VAKANSİYA
"Bank Respublika" ASC işçi axtarır - VAKANSİYA
"Xalq Bank" Bakıda və bölgələrdə - İşçilər Axtarır - VAKANSİYALAR
"Unibank" işçi axtarır - VAKANSİYA
"PASHA Bank" işçilər axtarır - VAKANSİYALAR
"Başak Group" işçilər axtarır - MAAŞ 500-2500 MANAT - VAKANSİYALAR
"Azərpoçt" işçilər axtarır - VAKANSİYALAR
Füzulidə çalışmaq üçün işçilər axtarılır - MAAŞ 1200 MANAT - VAKANSİYALAR
"ASSAN-STP Panel" işçilər axtarır - VAKANSİYALAR
"Hajigabul Poultry Farm Company" işçilər axtarır - VAKANSİYALAR
Ricon MMC
SƏTƏM üzrə mütəxəssis (Füzuli)
Son tarix 10 iyl 2023 - [email protected]
Əsas vəzifə funksiyaları:
- Müəssisədə SƏTƏM təşkili, əlaqələndirilməsi və planlaşdırılması, əməyin mühafizəsinin vəziyyətinə, uçotuna, təhlilinə nəzarətin təşkili üzrə tədbirlər planı hazırlamaq;
- Lazımi SƏTƏM siyasətlərinin, sistemlərinin, standartlarının, göstərişlərinin və əlaqələndirici sənədlərin yerində olmasını və SƏTƏM idarə sisteminin tələblərinə cavab verməsini təmin etmək
- Layihə üzrə bölmə rəhbərləri və mütəxəssislərlə əlaqəli şəkildə müəssisədə əməyin mühafizəsinin təmini üzrə SƏTƏM planı hazırlamaq;
- Müəssisənin bölmə rəhbərləri və mütəxəssisləri ilə birlikdə müştərinin və nəzarət orqanlarının əməyin mühafizəsi üzrə göstərişlərinin yerinə yetirilməsi, yoxlamalar nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə tədbirlər planı hazırlamaq və həyata keçirmək;
- Müxtəlif sahə təftişi zamanı aşkar edilmiş nöqsanları izləyir, əsas səbəblərini təhlil edir və prosesin təkmilləşdirilməsini təmin edir;
- Təhlükəsizlik və fövqəladə hallara hazırlıq təlimlərinin həyata keçirilməsini təmin edir;
- Layihə üzrə layihə işinə başlamazdan əvvəl riskin qiymətləndirilməsini və təhlükələrin aşkar edilməsi proses və metodları müəyyən etmək;
- Əməliyyat sahələri üçün müvafiq SƏTƏM jurnallarının aparılmasına nəzarət edir, müntəzəm olar riskləri yenidən qiymətləndirir, SƏTƏM nəzarətçilərinin aşkar etdiyi məsələlərə dair məsləhət verir və aradan qaldırma tədbirlərini həyata keçirir;
- Təhlükəli şəraitlərin və təhlükəli işlərin aradan qaldırılmasını təmin edir və düzəliş tədbirlərinə dair müvafiq tövsiyələr verir;
- Tikinti zamanı sahəyə müntəzəm baş çəkərək tikinti briqadalarının və podratçıların yüksək SƏTƏM səviyyəsinə əməl etdiklərini yoxlamaq və lazım olan düzəliş tədbirlərinə dair göstərişlər vermək;
- Müəssisənin bölmə rəhbərləri ilə birlikdə hadisələrin təhqiqatını aparır və potensial xəsarətlərin qarşısının alınması üçün tədbirlər görür
Vakansiya üzrə tələblər:
- Ali texniki təhsilinin olması;
- Müvafiq sahə üzrə iş təcrübəsi;
- SƏTƏM üzrə tələb olunan uyğun sertifikatların olması;
- Ms Office(Outlook, Word, Excel) proqramlarında işləmə bacarığı;
- Azərbaycan, rus dillərində şifahi, yazılı və fərdi ünsiyyət bacarıqları;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bilməlidir;
- Təşkilati bacarıqlar,təşəbbüskarlıq, zəruri hallarda təzyiq altında işləmək bacarığı;
- İşdə yaranan müxtəlif vəziyyətlərə çevik reaksiya vermək bacarığı;
- Ünsiyyət və münasibət qurma bacarığı, məsuliyyətli və pozitiv yanaşma.
İş şəraiti:
- İş qrafiki: 6 günlük;
- Əmək haqqı: 1200 AZN;
- Mehriban komanda;
- Perspektivli iş şəraiti;
- Şirkətin digər benefitləri.
Maraqlanan namizədlər CV-lərini mövzü hissəsində “SƏTƏMM mütəxəssisi” qeyd edərək e-mail ünvanına göndərə bilərlər.
Mühəndis-mexanik (Füzuli)
Son tarix 09 iyl 2023 [email protected]
Vəzifə funksiyaları üzrə gözləntilərimiz:
- Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;
- İstehsalatın texniki hazırlığını təmin etmək;
- Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, ümumi vəziyyətə texniki nəzarəti təşkil etmək;
- Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin etmək və s.
Kvalifikasiyaya olan tələblər:
- Ali təhsil;
- 3 ildən yuxarı iş təcrübəsi;
- İnnovativ standartlara uyğun işləməyi bacarmalı;
- MS Office (Word, Excel), AutoCad proqramlarını yüksək səviyyədə bilməli;
- İnşaat norma və qaydalarını bilməlidir
İş şəraitimiz:
- Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək (bilik, təcrübə və bacarıqlardan asılı olaraq müəyyən olunur, rəqabətli əmək haqqıdır);
- İş qrafiki 8.00-17.00;
- Mehriban komanda;
- Perspektivli iş şəraiti;
- Şirkətin digər benefitləri
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə email ünvanına Azərbaycan dilində göndərməkləri xahiş olunur.
Mühəndis-elektrik (Füzuli)
Son tarix 09 iyl 2023 [email protected]
Vəzifə funksiyaları üzrə gözləntilərimiz:
- Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğun olaraq, mexanika, elektrik, zəif-axın sistemlərinin uyğunluğu barədə rəhbərliyə hesabat təqdim etmək,
- Layihələndirilən cizgilərin elektrik sistemləri bölmələrini estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və Layihəçiləri bu tələblərə istiqamətləndirmək;
- Layihələrin Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək,
- Elektrik sistemləri üzrə ilkin spesifikasiyaları, material təsnifatlarını, layihələndirmənin keyfiyyət səviyyəsini müəyyənləşdirmək;
- Layihələndirmə prosesinə daxil olan tərəflərlə yaxın əməkdaşlıq etmək;
- Layihələndirmə müddətlərinin elektrik hissələri üçün təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluq nöqteyi-nəzərdən yoxlamaq;
- Layihənin müvafiq olaraq elektrik sistemləri üzrə satınalma strategiyasının təyin edilməsi prosesində iştirak etmək və müvafiq peşəkar rəy bildirmək, tender prosesinə texniki dəstək vermək;
- Layihəçi şirkətlər tərəfindən tamamlanmış elektrik sistemləri üzrə layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin edilməsini təmin etmək;
- Layihələrin elektrik hissələrinin icra planını baxışdan keçirmək və təkmilləşdirilməsi məqsədi ilə layihə müdirinə öz texniki rəyini təmin etmək;
- Tikintinin elektrik sistemləri üzrə sınaq və inspeksiyalarında ehtiyac olduğu təqdirdə iştirak etmək və tikintinin təhvil-təslim prosesini təşkil etmək;
- Tələb edildiyi halda layihənin bütün mərhələlərində elektrik sistemləri üzrə sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
- Layihə elektrik sistemləri üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək.
Kvalifikasiyaya olan tələblər:
- Ali təhsil;
- 3 ildən yuxarı iş təcrübəsi;
- İnnovativ standartlara uyğun işləməyi bacarmalı;
- MS Office (Word, Excel), AutoCad proqramlarını yüksək səviyyədə bilməli;
- İnşaat norma və qaydalarını bilməlidir
İş şəraitimiz:
- Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək (bilik, təcrübə və bacarıqlardan asılı olaraq müəyyən olunur, rəqabətli əmək haqqıdır);
- İş qrafiki 8.00-17.00;
- Mehriban komanda;
- Perspektivli iş şəraiti;
- Şirkətin digər benefitləri
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə email ünvanına Azərbaycan dilində göndərməkləri xahiş olunur.
Texniki planlama və monitorinq şöbəsinin rəhbəri (tikinti)
Son tarix 09 iyl 2023 [email protected]
Vəzifə funksiyaları üzrə gözləntilərimiz:
- Tikinti sahəsində lazım olan materialların həcminin vaxtında müəyyən olunmasına nəzarət etmək;
- İşin istehsal-təqvim planının işlənməsinə və onun yerinə yetirilməsinə nəzarəti təşkil etmək;
- Müxtəlif texniki istehsalat standartların icrasına nəzarət;
- Tikinti norma və qaydalarına əsasən normativ sənədlərin hazırlanması, texniki məzmunda olan məktubların və digər sənədlərin hazırlanması;
- Sifarişçi təşkilatın nümayəndəsi ilə əlaqəli işləməli və lazım gəldikdə texniki məsələləri həll etmək.
- Görülən iş üzrə smetaların tərtib olunmasını təşkil etmək və nəzarət etmək;
- Smeta əsasında yerinə yetirilmiş aylıq tikinti-quraşdırma işlərinin aktlarının və forma №2-lərinin hazırlanmasını təşkil etmək və nəzarət etmək;
- Forma №2 əsasında texniki hesabatların tərtib olunmasını təşkil etmək və nəzarət etmək;
- Tikinti norma və qaydalarına əsasən normativ sənədlərin hazırlanması, texniki məzmunda olan məktubları və digər sənədləri hazırlamaq;
- Enerji ehtiyatlarının və tikinti materiallarının istehlak dərəcəsinə nəzarət;
- Aylıq planları və həftə-gün qrafiklərini razılaşdırmaq, istehsalat sahəsində material hesabatlarına, yerinə yetirilmiş işlərin qəbulu aktlarının tərtib edilməsinə nəzarət etmək, yerinə yetirilmiş işlərin reyestrini tərtib etmək və s;
- Vaxtı vaxtında rəhbərliyə görülən işlərlə bağlı hesabatların təqdim edilməsi.
Kvalifikasiyaya olan tələblər:
- Ali təhsil (İnşaat üzrə);
- Tikinti sahəsində ümumi olaraq 10 ildən yuxarı, rəhbər kimi isə 5 ildən yuxarı iş təcrübəsi;
- İnnovativ standartlara uyğun işləməyi bacarmalı;
- MS Office (Word, Excel), AutoCad proqramlarını yüksək səviyyədə bilməli;
- 1C sistemində işləməyi bacarmalı;
- Yüksək səviyyədə analitik-riyazi biliklər;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
- İnşaat norma və qaydalarını bilməlidir;
- Təşkilat və onun missiyasına yüksək sadiqlik;
- Yüksək idarəetmə qabiliyyətləri, məsuliyyətli, təşkilatçılıq, müstəqil işləmək bacarığı, habelə yüksək dürüstlük keyfiyyətləri
İş şəraitimiz:
- Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək (bilik, təcrübə və bacarıqlardan asılı olaraq müəyyən olunur, rəqabətli əmək haqqıdır);
- İş qrafiki 8.00-17.00;
- Mehriban komanda;
- Perspektivli iş şəraiti;
- Şirkətin digər benefitləri
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə email ünvanına Azərbaycan dilində göndərməkləri xahiş olunur.
Topoqraf (Füzuli, Park layihəsi)
Son tarix 01 iyl 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Müxtəlif miqyaslı xəritələrin tərtib edilməsi, topoqrafiq və xüsusi xəritələrin (planların) hazırlanması, xəritə və sənədlərin sürətlərinin çıxarılması, çoxaldılmasının yerinə yetirilməsi;
- Əldə olunmuş məlumatların işlənməsi;
- Təlimatlarla və normalarla tənzimlənən topoqrafik işlərin görülməsi
- Sadə layihələrin və sxemlərin işlənməsi, onların texniki layihələrə, əməliyyat standartlarına və normativ və texniki sənədlərə tətbiqi
- Yerüstü avadanlıqlar üçün tələblərin təyinatında iştirak etmək, onların əldə olunması üçün tələblərin tərtib edilməsi
- Planlaşdırılmiş və hesablanmış texniki işlərin qeydiyyatının aparılması, materialların qrafiki qeydiyyatının aparılması
- Materialların və sənədlərin saxlanması və qeydiyyatının təmin olunması
- Görülmüş yerüstü geofiziki işlərə dair hesabatların tərtib olunması üçün məlumat bazasının hazırlanması və sistemləşdirilməsi
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- Analoji sahə üzrə minimum 3 ildən yuxarı iş təcrübəsinin olması;
- MS Office proqramlarını (Word, Excel, Power Point), Auto Cad bilməli;
- Topoqrafik cihaz və avadanlıqları ilə işləmək və çəkiliş bacarıqlarının olması
İş barədə məlumat:
- Əmək haqqı: Müsahibə zamanı bilik və bacarığa uyğun təyin olunacaq
- İş yeri : Füzuli rayonu
- 6 günlük iş qrafiki
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Topoqraf” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.