Aztelekom
Şəhər şöbə müdiri (Daşkəsən)
Son tarix 06 may 2024 - Müraciət et
Təsvir:
- Şöbəyə həvalə olunmuş vəzifələrin və funksiyaların yerinə yetirilməsi üçün məsuliyyət daşımaq
- Şöbə tərəfindən əməliyyatların müəyyən olunmuş qaydada aparılmasını təmin etmək və şöbənin operativ fəaliyyətinə rəhbərlik etmək
- Şöbəyə təhkim edilmiş (istismarına verilmiş) əmlakın qorunmasını təmin etmək,şöbədə yerləşən qiymətlilərin saxlanması işinin düzgün təşkili üçün məsuliyyət daşımaq
- Hüquqi və fiziki şəxslərin ərizələrinə, təkliflərinə, şöbə işçilərinin hərəkətləri barəsində şikayətlərinə baxmaq, bunların əsasında lazımi tədbirlər görülməsi üçün Filiala göndərilməsini təmin etmək
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə tədbirlərin keçirilməsinin təşkil edilməsinə,işçilər tərəfindən əməyin mühafizəsi prosedurlarına və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə nəzarət etmək
- İşçilərin əmək intizamına, Cəmiyyətin daxili sənədlərinin tələblərinə əməl etməsinə, müəyyən edilmiş iş günü (vaxtı) müddətini pozmamasına və işə davamiyyətinə nəzarəti həyat keçirmək
- Şöbədə işin lazımi rejimdə, tələb olunan hallarda isə məxfi aparılması üçün məsuliyyət daşımaq
- Şöbənin fəaliyyətinin nəticələri barədə Filiala hesabat vermək
- Filialın digər struktur bölmələri ilə şöbənin fəaliyyətini koordinasiya etmək, onların qarşılıqlı əlaqəsini təmin etmək
- Tabeliyində olan şöbə əməkdaşlarının vəzifə öhdəlikləri ilə əlaqədar aylıq, rüblük və illik hesabatları hazırlamaqla aidiyyəti üzrə təqdim etmələrinə nəzarət etmək
- Tabeliyində olan şöbə əməkdaşlarının vəzifə öhdəliklərini icra etmələrinə, qanunvericiliyin, o cümlədən Cəmiyyətdaxili normativ sənədlərə dair tələblərə əməl etmələrinə nəzarət etmək
- Filial müdirinin, həmçinin Cəmiyyətin baş ofisinin struktur bölmə rəhbərlərinin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək
Tələblər:
- Ali təhsil
- İdarəçilik üzrə minimum 3 il iş təcrübəsi (Rabitə sahəsi üzrə olması üstünlükdür)
- Peşəkar şifahi və yazılı ünsiyyət bacarığı
- Azərbaycan dilini sərbəst bilməli (ingilis və rus dillərini bilməsi arzu olunandır)
- Telekommunikasiya sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri istifadə etməyi bacarmalıdır
- Kompyuter bilikləri üzrə: MS Office və Outlook proqramları üzrə sərbəst işləmə bacarığına malik olmalıdır
- Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməlidir
- Öz işinə göstərdiyi münasibəti və davranışı ilə kollektivdə pozitiv komanda ruhu yaratmalıdır
- Nəzakətli və dürüst olmalıdır
- Maraqların münaqişəsi hallarının qarşısını almalıdır