AzerGold CJSC
Maliyyə şöbəsinin sektor müdiri
Son tarix 12 sen 2022 Müraciət et
Əsas vəzifə və öhdəliklər:
-
Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil etmək və ona nəzarət etmək;
-
Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) əsasında uçot siyasətini təşkil etmək;
-
MHBS üzrə hesabatların hazırlanması;
-
Kənar auditorlarla MHBS nəticələrinin koordinasiyası, auditor məlumatlarının və tövsiyələrinin ayrıca müzakirə edilməsi və məlumatların düzgün tətbiqinin təmin olunması;
-
Növbəti hesabat dövrləri üçün gözlənilən MHBS hesablamalarının nəticələri haqqında tabe olduğu rəhbərə mütəmadi məlumat vermək;
-
MHBS hesabatları prinsiplərinin dəyişilməsi və yenilənməsi hallarına dair mütəmadi izləmələrin aparılması;
-
İnvestisiya əməliyyatları ilə bağlı aidiyyəti üzrə təkliflər verilməsində iştirak etmək;
-
Səlahiyyətləri çərçivəsində müvafiq birjalar üzrə effektiv ticarət strategiyalarının həyata keçirilməsində iştirak etmək;
-
Hecinq və digər törəmə maliyyə alətləri üzrə müvafiq əməliyyatların həyata keçirilməsində iştirak etmək;
-
Cəmiyyət üçün ən əlverişli əməliyyatların həyata keçirilməsi üçün yerli və qlobal sabit gəlirli qiymətli kağızlar, pul, səhm və əmtəə bazarlarının araşdırılması, təhlili və aidiyyəti üzrə təkliflərin verilməsi;
-
Fəaliyyət sahəsinə aid digər hesabatların vaxtlı-vaxtında hazırlanmasını təmin etmək;
-
Maliyyə hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi və eyni zamanda qanunvericilikdə nəzərdə tutulan tarixlərdə dərc olunmasını istiqamətində müvafiq işlərin görülməsini təmin etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
-
Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), rus dili (yaxşı);
-
Komputer bilikləri: Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
-
ACCA F1-F9 səviyyəsi üzrə sertifikatlar və ya CİMA Managment Level sertifikatı olan namizədlər.
-
Analitik düşünmə, problemləri həll etmə, qərarvermə və idarə etmə bacarığı;
Tələb olunan təhsil və iş təcrübəsi:
-
Maliyyə, İqtisadiyyat və ya müvafiq sahədə ali təhsil;
-
Müvafiq sahə üzrə 5 il iş təcrübəsi; (kənar audit sahəsində iş təcrübəsi arzuolunandır)
Maliyyə şöbəsinin baş mütəxəssisi
Son tarix 12 sen 2022 Müraciət et
Əsas vəzifə və öhdəliklər:
-
Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkil olunmasında iştirak etmək;
-
Səlahiyyətləri çərçivəsində müvafiq birjalar üzrə effektiv ticarət strategiyalarının həyata keçirilməsində iştirak etmək
-
Maliyyə bazarlarındakı dəyişikliklərlə bağlı müvafiq təhlillər aparmaq
-
İnvestisiya əməliyyatları ilə bağlı aidiyyəti üzrə təkliflər verilməsində iştirak etmək
-
Maliyyə bazarlarında mövcud olan yeni investisiya imkanlarını mütəmadi əsasda izləmək
-
Müvafiq Birja əməliyyatlarının aparılmasında və ticarət sonrası hesablaşmalara nəzarət edilməsində iştirak etmək
-
Hecinq və digər törəmə maliyyə alətləri üzrə müvafiq əməliyyatların həyata keçirilməsində iştirak etmək
-
Cəmiyyət üçün ən əlverişli əməliyyatların həyata keçirilməsi üçün yerli və qlobal sabit gəlirli qiymətli kağızlar, pul, səhm və əmtəə bazarlarının araşdırılması, təhlili və aidiyyəti üzrə təkliflərin verilməsi
-
Sektorun fəaliyyəti ilə bağlı müvafiq arxivləşmə işlərini təmin etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
-
Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), rus dili (yaxşı);
-
ACCA F3,F7 və ya Dipfr və ya CİMA F1, F2 olan namizədlər arzuolunandır;
-
Problem həll etmə, analitik düşünmə, təqdimat və komanda işə işləmə bacarığı;
-
Komputer bilikləri: Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;(Excel əla səviyyədə)
-
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini;
-
Beynəlxalq Maliyyə Hesabatları Standartlarını;
Tələb olunan təhsil və iş təcrübəsi:
-
Maliyyə, İqtisadiyyat və ya müvafiq sahədə ali təhsil;
-
Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
Torpaq işləri və yerin təkindən istifadə sektorunda aparıcı mütəxəssis
Son tarix 12 sen 2022 Müraciət et
Tələb olunan bilik, bacarıq və səriştələr:
-
Azərbaycan milli qanunvericiliyi (xüsusilə yerin təkindən istifadə, mədənçilik, ) üzrə ümumi biliklərə malik olmalı;
-
Yerin təkindən istifadə üzrə (geoloji və geoekoloji öyrənmə, geoloji və dağ-mədən ayırma, faydalı qazıntıların çıxarılması və s.) müvafiq razılıq və icazələrin alınması sahəsində təcrübəyə malik olmalı;
-
Yüksək induktiv və analitik təhlil etmə bacarığına malik olmalı;
-
İş prosesində dəqiqlik və detallara fikirvermə qabiliyyətinə malik olmalıdır;
-
Effektiv hüquqi yazı vərdişləri;
-
İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
-
Operativlik, gərgin iş rejimində işləmək, problemləri həll etmə, qərarvermə və təşkilatçılıq bacarığı;
-
Komanda da işləmək bacarığı, şəxsi və peşəkar inkişafa meyillilik;
-
Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis və rus dilləri arzuolunandır;
-
Komputer bilikləri: Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
Tələb olunan təhsil və iş təcrübəsi:
-
Hüquq sahəsi üzrə ali təhsil.
-
Minumum 2 il iş təcrübəsi;