Az - Granata LLC
Hesabatlıq və Analitika üzrə Baş Mütəxəssis
Son tarix 04 may 2023 - [email protected]
İşin təsviri:
- Günlük və aylıq satış datalarının təhlili və satış hesabatlarının hazırlanması;
- Aylıq istehsal dataları əsasında maya dəyərinin təhlili üçün hesabatların hazırlanması və kənarlaşmaların müəyyən edilməsi;
- Malların marjinallığının hesablanması və təhlil edilməsi;
- Aylıq konsolidə maliyyə hesabatlarının hazırlanması və təhlili;
- Maliyyə hesabatlarının analizi və maliyyə əmsallarının hesablanması;
- Büdcə hesabatlarının hazırlanması və digər şöbələrlə koordinasiya edilməsi;
- Büdcə və faktiki xərclərin analizi və fərq hesabatlarının hazırlanması;
- Debitor və kreditor borcların təhlili və hesabatların hazırlanması;
Tələblər:
- İnformasıya Texnologiyası,İqtisadiyyat, Maliyyə, Statistika,Tətbiqi Riyaziyyat,Biznesin İdarəolunması və ya digər əlaqəli sahədə təhsil (Magistr üstünlükdür)
- Data Analitika,Biznes Analitika, maliyyə analitikası və ya oxşar sahələrdə iş təcrübəsi
- MS Office (xüsusilə Excel) və Power BI yüksək səviyyədə, 1C və Logo proqramları ilə orta səviyyədə işləmək bacarığı
- Məsuliyyətli və detallara müstəsna diqqət yetirmə bacarığının olması
- Yaradıcı,yenilikçi və problem həll etmə bacarığının olması
- Sürətli və dinamik iş mühitində işləmək bacarığının olması
- Komanda daxili və digər struktur komandalar ilə effektiv ünsiyyətin qurulması
- Dil bilikləri: Azərbaycan əla, İngilis və Rus dilləri yaxşı səviyyədə
Vakansiya ilə maraqlanan şəxslər CV-lərinizi məktubun mövzusuna “Hesabatlıq və Analitika üzrə baş mütəxəssis” qeyd etməklə göndərə bilərsiniz