Az-Granata LLC
Baş mühasib
Bu şirkətlər işçi yığır: əmək haqqı 300-500-600-800-1000 manat - 24 VAKANSİYA
Son tarix 14 avq 2022 - [email protected]
Tələblər:
- Maliyyə, mühasibatlıq və iqtisadi yönümlü sahədə ali təhsil;
- Mühasibatlıq sahəsində ən azı 3 illik iş təcrübəsi (Baş mühasib kimi iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
- FMCG və istehsal sahəsində iş təcrübəsi üstünlükdür.
- MS Office (əsasən excel), Logo Tiger və 1C mühasibatlıq proqramından yüksək səviyyədə istifadə bacarıqları;
- İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti;
- Mühasibatlıqla bağlı yerli qanunvericilik və vergi məcəlləsi üzrə mükəmməl biliklər;
- Əmək məcəlləsi və mülki məcəllə üzrə ümumi biliklər;
- Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə Rus və İngilis dili biliyi;
- Peşəkar mühasib sertifikatının və Beynəlxalq mühasibatlıq sertifikatlarının olması üstünlükdür;
Vəzifə öhdəlikləri:
- Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etmək;
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
- Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək.
Şərtlər:
- İş qrafiki: 5 günlük, (09:00 – 18:00);
- İş yeri: Ağsu rayonu və Bakı şəhəri;
- Əmək haqqı: müsahibə əsasında müəyyən ediləcək
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerinə "Baş mühasib" yazmaqla göndərə bilərlər.