Az - Granata LLC
Satınalma üzrə mütəxəssis
Son tarix 19 avq 2023 - [email protected]
İş qrafiki : 5 günlük (09:00 – 18:00)
Əmək haqqı: 800 AZN net.
Vəzifə öhdəlikləri:
- Portfelində olan şirkətlərin satınalma fəaliyyətinin yoxlanılması və alışlara nəzarət
- Alışların aylıq analizləri və hesabat formasının hazırlanıb təqdimatı
- Lazımi materialları / xidmətləri daxili bazarda tədarük etmək(tələb olunarsa xarici bazardan araşdırmaq), qiymətləndirmə aparmaq və xərcləri optimallaşdırmaq üçün təkliflər vermək;
- Logistikanın təşkili üçün şirkətlərə dəstək və qiymət araşdırılması
- Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
- Tədarükçülərlə müqavilələrin bağlanmasına portfelindəki olan şirkətlərə dəstək;
- Müqavilənin icrasına aid olan sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
- Davamlı və başa çatdırılmış işlər barədə vaxtaşırı hesabatların hazırlanması
- Satınalma fəaliyyəti və xərcləri barədə hesabatların verilməsi
- Kataloqlar və internet kimi mənbələrdən istifadə etməklə tədarükçüləri müəyyən etmək və sifariş ediləcək məhsullar barədə məlumat toplamaq üçün onlarla söhbət aparmaq;
- Potensial tədarükçülər arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətləri, texniki şərtləri və çatdırılma tarixlərini müqayisə etmək.
Namizədə tələblər:
- Ali təhsil : maliyyə, təchizat, logistika üzrə (xarici təhsilə üstünlük verilir)
- Kompüter bacarıqları: MS Office proqramları (Excel proqramını mükkəməl bilməli)
- Data Analitikanı bilməsi (Tableau, Power BI) üstünlükdür
- İş təcrübəsi əlaqəli sahədə 1 ildən 2 ilə qədər;
- İngilis, Rus və Azərbaycan dillərini (şifahi və yazılı) mükəmməl bilmək.