Az - Granata LLC
Satınalma üzrə kiçik mütəxəssis
Son tarix 23 may 2025 - [email protected]
İş barədə məlumat:
- Lazımi materialları/xidmətləri daxili bazarda tədarük etmək, qiymətləndirmə aparmaq və xərcləri optimallaşdırmaq üçün təkliflər vermək;
- Kataloqlar və internet kimi mənbələrdən istifadə etməklə, tədarükçüləri müəyyən etmək və sifariş ediləcək məhsullar barədə məlumat toplamaq üçün onlarla söhbət aparmaq;
- Potensial tədarükçülər arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətləri, texniki şərtləri və çatdırılma tarixlərini müqayisə etmək.
- Tədarükçülərlə müqavilələrin bağlanmasını icra etmək;
- Müqavilənin icrasına aid olan sənədlərin dövriyyəsinə nəzarət etmək;
- Loqistikanın təşkili üçün şirkətlərə dəstək olmaq və qiymətini araşdırmaq;
- Mallar üzrə texniki məlumat vermək və qiymət araşdırmasını aparmaq;
- Davamlı və başa çatdırılmış işlər barədə vaxtaşırı hesabatlar hazırlamaq;
Namizədə tələblər:
- Ali təhsilin olması məcburi tələb deyil. Əlaqəli sahədə olması üstünlükdür;
- İş təcrübəsinin olması məcburi tələb deyil. Əlaqəli sahədə iş təcrübəsinin olması (təqribi 6-8 aya qədər) üstünlükdür;
- Satınalma sahəsində anlayışın olması;
- Sürücülük vəsiqəsinin mövcudluğu və mexanika sürət qutusu olan avtomobili idarə edə bilmək əsas şərtlərdən biridir;
- Kompüter bilikləri: MS Office proqramları (Excel,Word, Outlook proqramları üzrə işləmə təcrübəsi);
- Azərbaycan dilində rəsmi danışıq və yazışma qabiliyyəti.
Digər məlumatlar:
- 5 günlük iş qrafiki (şənbə və bazar günləri istirahətdir);
- Əmək haqqı: 500-600 AZN aralığındadır.
Vakansiya ilə maraqlanan şəxslər CV-lərini mövzu yerində "Satınalma üzrə kiçik mütəxəssis" yazmaqla Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Əks halda müraciətiniz nəzərdən qaça bilər.