Vakansiya 1
Tibbi yardımın təşkili şöbəsinin mütəxəssisi (tibb müəssisəsi)
Namizədə tələblər
• Yaş: 21-35
• Təhsil: Ali və ya orta texniki tibb təhsili mütləqdir
• İş təcrübəsi: arzuolunandır
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla),Ingilis dili (arzuolunandır)
• Sərbəst PK və ofis proqramları istifadəçisi
Əsas vəzifə öhdəlikləri
• Könüllü Tibbi Sığorta üzrə sığortalanan şəxslərin tibb müəssisəsində müraciətlərini qəbul etmək
• Sığortalı müştərilər üçün tibbi yardımın təşkili
• Məsləhət və manipulyasiyaların aparılmasında sığorta olunanlar üçün maksimal dərəcədə komfortlu şəraitin yaradılması
• Tibbi və sığorta sənədləşdirilməsinin aparılması
• Müraciyyətin məzmunundan asılı olaraq tibbi xidmətin müvafiq qanuna və qaydalara əsasən koordinasiyasnı təmin etmək və məlumatı mövcud olan bazada qeyd etmək
• Hesabatlar tərtib etmək
• Birbaşa rəhbərin müvafiq tapşırıqlarını yerinə yetirmək
Şəxsi keyfiyyətlər
• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
• Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
• Müştəriyönümlülük, operativlik, ünsiyyət qurmaq bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı
İş şərtləri
• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı: 6/1: (qrafiklə) , 9:00-16:00
• Əmək haqqı:300 - 400 azn(iş təcrübəsindən asılı olaraq)
• Fəaliyyət nəticələrinin qiymətləndirilməsinə əsasən bonus sistemi
Məlumatlandırıcı qeydlər
• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
• Məktubun mövzu bölməsində, vakansiyanın adını MÜTLƏQ qeyd edin
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mail ünvanına Tibbi yardımın təşkili şöbəsinin mütəxəssisi qeyd edərək göndərmələri xahiş olunur.
Vakansiya 2
Survey şöbəsinin mütəxəssisi
Namizədə tələblər
• Yaş: 22-30
• Təhsil: Ali
• İş təcrübəsi: Sığorta və ya bank sahəsində olanlara üstünlük verilir
• Dil bilikləri: Azərbaycan (əla), Rus (yaxşı), əlavə olaraq Ingilis dili (arzuolunadır)
• Sürücülük vəsiqəsinin olunması.
Şəxsi keyfiyyətlər
• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
• Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
Əsas vəzifə öhdəlikləri
• Nəqliyyat vasitələrinə və əmlaka baxış keçirmək və qiymətləndirmək məqsədilə sifarişçi tərəfindən daxil olan ərizələri qəbul etmək və araşdırmaq;
• Nəqliyyat vasitələrinə və əmlaka baxış keçirmək və qiymətləndirmək; bununla bağlı lazımi sənədləri toplamaq;
• Aparılan qiymətləndirmələri məlumat bazasında uçotunu aparmaq;
• Sürvey aktlarını hazırlamaq və göndərmək;
• Yeni və mövcud müştərilər üzrə sürvey bazasını aparmaq;
• Potensial müştərilərlə görüşlərin keçirilməsində iştirak etmək;
• Müştəriyə sığorta şərtləri haqqında ətraflı məlumatların əldə edilməsində köməklik göstərmək;
• Müştərilərdən daxil olan məlumatı müvafiq şöbələrə çatdırmaq;
• Zəruri hallarda lazım olan sənədləri azərbaycan, rus və ingilis dillərinə tərcümə etmək;
• İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşınqlarını yerinə yetirmək.
• Birbaşa rəhbərin və survey prosedurunun tələblərini yerinə yetirmək
• Tələb olunan halda reqionlara (sürvey kecirilməsi məqsədi ilə) ezam olunma.
İş şərtləri
• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 17:30
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
• Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
• Sabit əmək haqqı 400 -450 AZN təyin olunacaq
Məlumatlandırıcı qeydlər
• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] - mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Sürvey şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur.
Vakansiya 3
Əlaqə mərkəzinin operatoru (gündüz növbəsi)
Namizədə tələblər
• Yaş: 20-45
• Xanım namizədlər
• Təhsil: Ali və ya orta
• İş təcrübəsi:Müvafiq sahədə olanlara üstünlük verilir
• Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi
• Dil Bilikləri: Rus dili (əla ),Azerbaycan dili (əla),ingilis dili(arzuolunandır)
Əsas vəzifə öhdəlikləri
• Şirkətin qaynar xəttinə daxil olan və çıxan müraciətlərin vaxtında və keyfiyyətli şəkildə cavablandırmaq;
• Sığorta hadisələrini qəbul etmək və qeydiyyatını aparmaq;
• Müştərilərin müraciətlərinin statistikasının aparmaq
• Birbaşa rəhbərə müntəzəm şəkildə hesabatı təqdim etmək
Şəxsi keyfiyyətlər
• Ünsiyyət qurmaq bacarığı
• Yüksək nitq mədəniyyəti
• Yüksək təqdimat bacarığı
• Stressə davamlılıq və münaqişələri həll etmə bacarığı
• Yüksək səviyyədə nitq qabiliyyəti, özünütəqdimat bacarığı
• Səlis, aydın, əmin danışıq tərzi
• Satış bacarığı, təqdimat qabiliyyəti
İş şərtləri
• Əmək müqaviləsi bağlanılır
• İş Qrafiki: dəyişkən
• Sabit əmək haqqı sınaq müdətində 350 AZN
• Sınaq müddətindən sonra 400AZN
Məlumatlandırıcı qeydlər
• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur. Şəkilin olması mütləqdir
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Əlaqə mərkəzinin operatoru”qeyd etmələri xahiş olunur.