AS Qrup İnvestment MMC
Aparıcı Mühasib
Son tarix 13 apr 2024 - [email protected]
Hesabat verir: Baş Mühasibə
İş barədə məlumat:
- Baş verən əməliyyatların 1C mühasibat uçotu proqramında düzgün əks olunması;
- Vergi, DSMF və statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim olunması;
- Dövlət orqanlarına təqdim olunan hesabatlarla əlaqədar daxil olan uyğunsuzluq məktubları və ya digər müraciətləri nəzarətdə saxlamaq, ehtiyac yarandıqda cavablamaq.
- Əmək haqqı, Məzuniyyət haqqı, Ezamiyyə haqqı və Xəstəlik müavinətlərinin düzgün hesablanması və mühasibat uçotunda əks olunmasını təmin etmək;
- İnternet bankçılıq vasitəsilə bank, kredit, ödəniş tapşırıqları, maliyyə sənədləri və əmək haqqı kartlarının müraciət edilməsi;
- E-qaimələrin təqdim edilməsi, gələn qaimələrin yoxlanılması və nəzarət olunması;
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək.
Vəzifəyə dair tələblər:
- Ali təhsil (Mühasibat uçotu, maliyyə, iqtisadiyyat)
- Analoji sahə üzrə ən azı 2 (iki) illik iş təcrübəsi.
- Peşəkar Mühasib Sertifikatının (PMS) olması üstünlükdür;
- IT biliklər: BTP, 1C 8.3 proqramını, Word və Excel yüksək səviyyədə bilməli;
- Elektron portallarda işləmək bacarığının olması (e-taxes.gov.az, e-gov.az, e-customs.gov.az);
- Azərbaycan dilini yüksək səviyyədə bilmək, ingilis və rus dilləri arzu olunandır;
- Mühasibat, vergi və əmək qanunvericiliyi barədə biliklər;
İş şəraiti:
- İş vaxtı: 09:00 – 18:00;
- İş qrafiki həftənin 5 günü (şənbə/bazar istirahət);
- Korporativ nömrə;
- Nahar fasiləsi: 13:00 – 14:00 (nahar yeməyi şirkət tərəfindən təmin edilir);
- İş yeri: Yasamal rayonu;
- Rəqabətə davamlı əmək haqqı
CV (yalnız foto ilə) və əmək haqqı gözləntinizi e-ünvanına göndərə bilərsiniz. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Aparıcı Mühasib) qeyd etməyinizi xahiş edirik.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.
Böyük Mühasib
Son tarix 13 apr 2024 [email protected]
Hesabat verir: Baş Mühasibə
Vəzifəyə dair tələblər:
- Ali təhsil (Mühasibat uçotu, maliyyə, iqtisadiyyat)
- Sahə üzrə 5 (beş) il, böyük mühasib vəzifəsində ən azı 2 (iki) illik iş təcrübəsi.
- Peşəkar Mühasib Sertifikatının (PMS) olması üstünlükdür;
- IT biliklər: BTP, 1C 8.3 proqramını, Word və Excel yüksək səviyyədə bilməli;
- Elektron portallarda işləmək bacarığının olması (e-taxes.gov.az, e-gov.az, e-customs.gov.az);
- Azərbaycan dilini yüksək səviyyədə bilmək, ingilis və rus dilləri arzu olunandır;
- Mühasibat, vergi və əmək qanunvericiliyi barədə biliklər;
Vəzifə öhdəlikləri:
- Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində düzgün əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir;
- Bütün maliyyə-təsərrüfat əməliyyatları hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir;
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir;
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir;
- İlkin uçot sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasına, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edir;
- Banklara ssudalar üzrə borcların müəyyən olunan vaxt ərzində verilməsinə nəzarət edir.
- Mal alış sənədlərinin yoxlanılıb mühasibat uçotu proqramına daxil olunmasına nəzarət edir;
- Alıcılar və satıcılarla hesablaşmalara, bank əməliyyatlarının mühasibat uçotu proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət edir;
- Aylıq, rüblük, illik vergi (Mənfəət, ÖMV, ƏDV, Əmlak, DSMF və s.) və statistik hesabatların dövlət orqanlarına təqdim edilməsini təşkil və nəzarət edir;
- Rəhbərliyə hesabatların təqdim edilməsi.
İş şəraiti:
- İş vaxtı: 09:00 – 18:00;
- İş qrafiki həftənin 5 günü (şənbə/bazar istirahət);
- Korporativ nömrə;
- Nahar fasiləsi: 13:00 – 14:00 (nahar yeməyi şirkət tərəfindən təmin edilir);
- İş yeri: Yasamal rayonu;
- Rəqabətə davamlı əmək haqqı
CV və əmək haqqı gözləntinizi e-ünvanına göndərə bilərsiniz. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Böyük Mühasib) qeyd etməyinizi xahiş edirik.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.