ART Plastik
Baş mühasib
Son tarix 15 avq 2022 - [email protected]
Plastik məhsulların istehsalı ilə məşğul olan müəssisəyə “Baş mühasib” tələb olunur.
Azərbaycan şirkətləri işçilər axtarır - MAAŞ 1000-1500-1800-2000-2500 MANAT - VAKANSİYALAR
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunu təşkil etmək;
- Müəssisə (istehsal müəssisəsi) tərəfindən həyata keçirilən bütün təssərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin 1C proqramında) düzgün əks etdirilməsini təmin etmək;
- Vergi, statistika və DSMF hesabatların hazırlanması;
- Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.
Namizədə tələblər:
- Ali təhsil;
- İş təcrübəsi - 3 il;
- 1C 8.3 proqramı ilə sərbəst işləmə bacarığı;
- Microsoft ofis proqramları ilə işləmə bacarığı;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi;
- Problemləri həll etmə və analitik düşünmə bacarığı;
İş şəraiti:
- İş qrafiki: Həftənin 6 günü,1 gün istirahət (bazar);
- Əmək haqqı : 1000-1200 AZN ;
- AR-nın Əmək Məcəlləsinə əsasən rəsmiləşmə.
- İş yeri Abşeron r-nu, Masazır qəs.,Qurtuluş YK-nin yaxınlığı.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Baş mühasib” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.