Araz Supermarket
Maliyyə-Hesabatvermə üzrə Aparıcı Analitik
Son tarix 18 noy 2023 [email protected]
Tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibatlıq və İqtisadiyyat üzrə);
- Yaxşı səviyyədə MS Office bilikləri (Excel əla səviyyədə);
- Dil bilikləri (İngilis dili- yaxşı);
- Logo (Tiger),SAP proqramı üzrə biliklər;
- ACCA (F3 və F7) sertifikatı və IFRS biliyi olanlara üstünlük veriləcək;
- İş təcrübəsi: minimum 3 il ( Maliyyə hesabatları üzrə);
- Operativlik, dəqiqlik, nəticə yönümlülük;
- Problemi həll etmə, analitik düşünmə, təqdimat və komanda ilə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Maliyyə hesabatlarının hazırlanması
- Ay bağlanması prosesinə dəstək verilməsi
- Gəlir və xərclərin analiz edilməsi
- Daxili və xarici audit proseslərin bütün mərhələlərində iştirak edilməsi
- Hesabatların təhlili və gündəlik adhoc tapşırıqların icrası
- Daxili və xarici banklar üçün rüblük hesabatların hazırlanması
- Rəhbərlərin göstərişinə əsasən daxili hesabatların hazırlanması
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Maliyyə-Hesabatvermə üzrə Aparıcı Analitik” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.
İnsan Resursları üzrə Biznes Tərəfdaş
Son tarix 18 noy 2023 [email protected]
Tələblər:
- Ali təhsil; (Sosyologiya, Psixologiya, İnsan Resursları üzrə üstünlükdür)
- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
- Yüksək səviyyədə MS Office bilikləri;
- Dil bilikləri - ana dili səlist (İngilis dili üstünlükdür);
- Problem həll etmə, analitik düşüncə, hesabatlılıq səriştəlikləri;
Vəzifə öhdəlikləri:
- Daxil olan müraciətləri təhlil etmək və səriştəsi, təcrübəsi, bilikləri tələb edilən işçinin lazımi xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri test və ya müsahibə mərhələsinə dəvət etmək;
- Namizədlərlə ilkin müsahibələri keçirmək;
- Müsahibə nəticələri barədə namizədlərə lazımi məlumatlar vermək;
- Müvafiq vəzifələr üzrə işə qəbul edilmiş namizədlərə sənəd siyahısı verərək sənədləşməyə yönləndirmək;
- İşdən çıxış üçün müraciət edən, həmçinin sınaq müddətini uğursuz başa vuran işçilərlə çıxış müsahibəsini aparmaq və müvafiq struktur bölmələrə məlumat verərək işçini işdən çıxış prosesinə yönləndirmək;
- İş analizinin aparılması və iş gücü planlaması;
Təminatlar:
- Servis xidməti;
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər "İnsan Resursları üzrə Biznes Tərəfdaş" adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.
Tikintiyə nəzarət üzrə bölgə müdiri
Son tarix 17 noy 2023 [email protected]
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə 3 il və daha artıq iş təcrübəsi;
- Məsuliyyətlilik, operativlik, dəqiqlik, komanda ilə işləyə bilmə bacarığı;
- MS Office (Word, Excel, PowerPoint, Outlook), AutoCAD;
- SƏTƏMM Təhlükəsizlik qaydalarını bilməli;
- Sürücülük vəqsiqəsi olmalıdır, mexaniki sürət qutusu olan avtomobili idarə etməyi bacarmalıdır.
Vəzifə öhdəlikləri:
- Tikitni və təmir işlərinin başlaması üçün obyektlərdə baxış keçirilməsi, rəy verilməsi və smetanın çıxarılması fəaliyyətlərində iştirak etmək;
- Obyektlərində həyata keçirilən təmir, tikinti, quraşdırma, yenidən təşkil və digər bərpa işlərinə mütəmadi nəzarət etmək;
- Tikinti/təmir işlərinin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına nəzarət etmək;
- Təmir/tikinti işlərinin keyfiyyəti və kəmiyyətinin yoxlanılmasını həyata keçirmək;
- SƏTƏMM qaydalarını bilmək, iş prosesində yoxlamaq, işçilər tərəfindən əmək mühafizəsi təlimatına riayət edilməsi üçün tədbirlər görmək;
- Təmir/tikinti işlər prosesində tələb olunan sənədlərin hazırlanmasını və toplanmasını həyata keçirmək;
- Alət və avadanlıqdan istifadə etmək bacarığın olması;
- Görülən işlərə uyğun material sərfini bilməli;
- İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Tikintiyə nəzarət üzrə bölgə müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.
Mexanika (İVK və SK) Mühəndisi
Son tarix 17 noy 2023 [email protected]
Tələblər:
- Ali təhsil (Memarlıq);
- Azərbaycan dili (İngilis dili arzuolunandır);
- İş təcrübəsi 2-3 il;
- MS Office proqramları,AutoCad;
- Məsuliyyətli, daimi inkişafa meyilli, analitik düşünmə qabiliyyəti, diqətli;
Vəzifə öhdəlikləri:
- İVK və SK layihələrinin işlənilməsi, layihəyə uyğun olaraq BOQ-ların tərtib edilməsi və sahədə layihəyə uyğun işlərin yoxlanılması;
- Layihədən kənarlaşmaları, qüsurları və digər problemlərin vaxtında aşkarlanması və düzəliş edilməsinin həyata keçirilməsi;
- Forma 2 sənədinin layihə üzrə yoxlanılması;
- Layihə üzrə sahədəki işlərdə yaranmış məsələlərin operativ həll edilməsi;
- İşin icrası başa çatandan sonra layihə üzrə işlərinin yoxlanılması;
- İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün şəkildə yerinə yetirilməsi;
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti mövcuddur;
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Mexanika (İVK və SK) mühəndisi” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.